Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müştəri məmnuniyyəti istiqamətində Azercell-dən yeniliklər

“Azercell Telekom” MMC abunəçilərini innovativ xidmətlər və maraqlı məzmun təklifləri ilə təmin etməklə yanaşı, mütəmadi olaraq müştəri məmnuniyyətinin artırılması istiqamətində müvafiq layihələr həyata keçirir

Daima istifadəçilərinin istəklərini öndə tutan Azercell, bu dəfə 3-cü tərəf şirkətlər ilə əməkdaşlıq siyasətində bir sıra dəyişikliklər edib. Lider operator 3-cü tərəf şirkətlərin fəaliyyətinin keyfiyyət və şəffaflığını yoxlamaq məqsədilə mütəmadi şəkildə apardığı araşdırmaların nəticələrindən irəli gələrək, şirkətin tələblərini qarşılamayan bir sıra məzmun təminatçısı ilə əməkdaşlığa xitam verib.

Xatırladaq ki, hələ 2017-ci ilin oktyabr ayından başlayaraq, təsadüfi qoşulmaların qabağını almaq məqsədilə Azercell istifadəçiləri 3-cü tərəf şirkətlərin təqdim etdiyi müvafiq xidmətə abunə olmaq üçün ilk öncə “landing page” – xüsusi keçid səhifəsinə yönləndirilir və sorğularını mobil nömrələrini daxil edərək, təsdiqləyirlər. Bu il noyabr ayının 12-dən etibarən isə Azercell İnteraktiv Səsli Cavablama Xidməti (IVR) üzərindən nömrədə mövcud abunəlik xidmətləri haqqında məlumat almaq və onlardan imtina etmək mümkünlüyünü də təmin edəcək. Bunun üçün *1111 nömrəsinə zəng edərək, operator ilə əlaqə saxlamadan, “Abunəlik xidmətləri ilə bağlı” bölümü seçilməlidir.

Azercell Telekom” MMC abunəçilərini yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin etmək və onlara ən yaxşı müştəri təcrübəsi yaşatmağı hədəfləyərək, bu istiqamətdə fəaliyyətini tam gücü ilə davam etdirəcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar