Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müstəqim Məmmədov videokonfrans vasitəsilə Dövlət Qulluqçularını təbrik etdi

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə növbəti videokonfrans keçirib...

İcra başçısı əvvəlcə konfrans iştirakçılarını 23 iyun-Dövlət Qulluqçularının peşə bayramı günü münasibəti ilə təbrik edib, onlara şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar diləyib.

Sovetlər İttifaqı dağıldıqdan sonra dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında normal idarəetmə sistemi ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qaydışından sonra yaranmağa başlamışdır.

2000-ci il iyunun 21-də “Dövlət qulluğu haqqında” qanun imzalandıqdan sonra dövlət qulluğunun tənzimlənməsi ilə bağlı qanun, fərman və sərəncamlar imzalanmış, bu sənədlərlə müxtəlif əsasnamələr, qaydalar, nümunələr təsdiq edilmiş, dövlət qulluqçuları üçün orden və medallar, fəxri adlar təsis edilmiş, onların fəaliyyətini tənzimləyən bütün məsələlər bu aktlarda əhatə olunmuşdur.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlət qulluqçusunun vəzifəsinin nədən ibarət olduğunu dəqiq ifadə edərək demişdir: “Mən xalq üçün işləyirəm, xalq üçün çalışıram, xalqa xidmət edirəm. Dəfələrlə demişəm ki, Prezident başda olmaqla bütün məmurlar xalqın xidmətçiləridir. Bizim vəzifəmiz ondan ibarətdir ki, xalqa xidmət edək, xalqla birlikdə olaq, xalqın qayğıları ilə yaşayaq.”

Dövlət qulluqçularının Peşə bayramı günündə qeyd olunmuşdur ki, bu sahədə aparılan islahatlar nəticəsində dövlət qulluqçularının sayı xeyli artmışdır. Rayonumuzun ayrı-ayrı müəssisələrində-rayon icra hakimiyyətində, İƏD üzrə nümayəndəliklərdə, təhsil sahəsində, Gənclər və İdman idarəsində, Maliyyə idarəsində, Statistika idarəsində, mədəniyyət sahəsində 265 dövlət qulluqçusu vəzifəsi var. Həmin vəzifələrdə hazırda 248 nəfər çalışır. Dövlət qulluğunda çalışanların 44-ü gənclər, 57-i qadınlardır. 223 nəfərin dövlət qulluqçusu ixtisas dərəcəsi vardır. Onlar müstəqil respublikamızda inkişafın təmin edilməsində, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında, əhalinin sosial məişət şəraitinin həllində mühüm rol oynayırlar.

Bu gün Azərbaycanda dövlət qulluqçularının yaxşı işləməsi və xalqa daha yaxşı xidmət etməsi üçün hər cür şərait yaradılmışdır. Odur ki, şübhəsiz, dövlətin diqqət və qayğısına dövlət qulluqçuları da vəzifə borcunu layiqincə yerinə yetirmək və yüksək əxlaq nümunəsi göstərməklə cavab verəcək, doğma Azərbaycanımızın çiçəklənməsinə öz töhfələrini əsirgəməyəcəkdir.

Sonra YAP rayon təşkilatının sədri Ramiz Şabanov, Seydimli İƏD üzrə nümayəndə Nərmin Vəliyeva, Yuxarı Qapanlı İƏD üzrə nümayəndə Azər Cabbarov, Hüsənli İƏD üzrə nümayəndə Gülüstan Əhmədova və Mamırlı İƏD üzrə nümayəndənin müavini İlqar Səfərov çıxış edərək öz ürək sözlərini bildiriblər.

Rayon icra hakimiyyətinin başçısının sərəncamı ilə 7 nəfər dövlət qulluqçusu fəxri fərmanla təltif edilib.

Sonra rayon rəhbəri koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlərdən, koronavirusa yoluxmanın qarşısının alınması istiqamətində rayonumuzda Azərbaycan Respublikası Nazirlər Kabinetini yanında Operativ Qərargahın qərarlarının, tapşırıq və tövsiyyələrinin həyata keçirilməsi istiqamətində görülən işlərdən də danışıb.

Qeyd olunub ki, respublika Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın gördüyü tədbirlər nəticəsində mübarizənin ilk dövrlərində xəstəliyə yoluxma halları minimuma enmiş, sağalanların sayı yoluxanların sayını üstələmişdir. Lakin xüsusi karantin rejiminin yumşaldılması ölkəmizdə koronavirusa yoluxanların sayını artırdı. Bunun isə başlıca səbəbi vətəndaş məsuliyyətsizliyidir.

Ona görə də yaşayış məntəqələrində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin davam etdirilməsi, xüsusi rejimlə bağlı tələblərin, o cümlədən sanitar-epidemioloji tədbirlərin icrasına nəzarəti, karantin rejimi dövründə maddi yardıma ehtiyacı olan ailələrə, xüsusilə də yaşı 65-dən yuxarı şəxslərə dəstək göstərilməsi, sakinlərin şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində, bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində, fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində, açıq sahəli ofislərdə və istehsalat yerlərində, tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə, insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə etmələri və yas mərasimlərinində dəfn mərasimləri istisna olmaqla iştirak etməmələri Operativ Qərargahın qərarından irəli gələn tələblərə riayyət etmələri və sair barədə tapşırıqlar verilib. Bildirilib ki, karantin rejimi yumşaldılsa da, profilaktik tədbirlər davam etdirilməli, gündəlik gigiyenik qaydalara əməl olunmalı, sosial məsafə gözlənilməlidir.

Konfransda həmçinin sakinlərlə düzgün iş qurmaq, onların qayğıları və tələbləri ilə ciddi maraqlanmaq, vaxtında tədbirlər görmək, yerlərdə ictimai işlərdə çalışan şəxslərin fəaliyyətinə nəzarət etmək və aztəminatlı ailələrə ərzaq yardımlarının verilməsində obyektivliyin gözlənilməsi kimi məsələlərə də toxunulub.

Sonra rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən də söhbət açılıb. Kənd təsərrüfatı işlərinin gedişi, o cümlədən pambığın becərilməsi, barama qəbulu, taxıl biçini ilə bağlı məlumatlar dinlənilib, suvarma məsələləri, texnika ilə təminatı kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həlli vacib məsələlərin icrası ilə bağlı inzibati ərazi dairəsi üzrə nümayəndələrə, bələdiyyə sədrlərinə və digər aidiyyəti məsul şəxslərə tapşırıqlar verilib

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar