Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müstəqim Məmmədov məzunları onlayn qaydada təbrik etdi - Fotolar

Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun ümumtəhsil məktəblərini bitirən məzunları “Son Zəng” və 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə onlayın qaydada təbrik etdi...

PİA.az xəbər verir ki, əvvəlcə rayon rəhbəri məzunları və müəllimləri salamlayaraq, ölkə rəhbəri cənab İlham Əliyevin bütün dünyanı koronavirus pandemiyası ağuşuna aldığı bir vaxta çətinliklərə baxmayaraq 03 iyun 2020-ci il tarixdə Tərtər rayonuna səfərindən, səfər çərçivəsində rayonda iştirak etdiyi Dövlət Rəmzləri muzeyinin, Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolunun, Olimpiya İdman Kompleksinin, “Tərtər” elektrik yarımstansiyasının, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tərtər filialının açılışından, Respublika Prezidentinin rayona göstərdiyi diqqət və qayğıdan danışdı, Möhtərəm Prezidentin Tərtər rayonu və tərtərlilər haqqında dediyi xoş sözləri dilə gətirdi:

Tərtər rayonunun inkişafı daim diqqət mərkəzindədir. Azərbaycan xəritəsində Tərtər rayonunun xüsusi yeri var. Tərtər rayonu cəbhə bölgəsində yerləşir və təbii ki, bu rayona diqqət həmişə yüksək səviyyədə olub. Təsadüfü deyil ki, Tərtər rayonunun sösial-iqtisadi inkişafı üçün son illər ərzində bir çox işlər görülüb. Bu, mənim rayona sayca 6-cı səfərimdir və hər dəfə burada olanda açılışlarda iştirak edirəm, vəziyyətlə tanış oluram, müvafiq tapşırıqlar verirəm ki, işlər daha da sürətlə getsin. Deyə bilərəm ki, son illər ərzində rayonun infrastrukturunun inkişafı çox sürətlə gedir...

...Mən aprel döyüşlərindən sonra burada olarkən bir daha tərtərlilərin mərdliyini gördüm”.

Cənab Prezident səfərindən dərhal sonra Tərtər rayonunun Xoruzlu kəndində 432 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat vəsait ayrılması ilə bağlı Sərəncam imzaladı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yeni məktəblərin və məktəbəqədər müəssisələrin tikintisi, onların lazımi avadanlıqlarla təminatına və təhsil işçilərinə həmişə diqqət və qayğı göstərir.
Rayon rəhbəri müstəqil həyata qədəm qoyan məzunlara uğurlar, dövlətimiz üçün layiqli vətəndaş, ailələri üçün layiqli övlad olmalarını arzuladı, gələcək işlərində uğurlar dilədi. Bildirdi ki, bu il rayonun 34 tam, 10 ümumi orta məktəbi üzrə 593 nəfər şagird XI sinfi, 856 nəfər şagird isə IX sinfi bitirir.
Sonra rayon rəhbəri bütün dünyanı ağuşuna almış pandemiyadan söhbət açdı. Qeyd olundu ki, hazırda bütün dünyada olduğu kimi ölkəmizdə də koronavirus pandemiyasına qarşı mübarizə aparılır. Azərbaycanda əhalinin sağlamlığının qorunması, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün dövlət tərəfindən lazımi addımlar atılır. Koronavirus pandemiyası dövründə vətəndaşlar da karantin qaydalarına əməl etməli və infeksiyanın yayılmasının qarşısını almağa, aparılan mübarizəyə töhfə verməyə çalışmalıdırlar. Gigiyenik qaydalara lazımınca əməl olunmalı, sosial məsafə gözlənilməli özümüzlə birgə başqalarının sağlamlıqlarına təhlükə yaratmamalıyıq.

Sonda müəllimlərdən Gülarə Əkbərova, Azad Abbasov, Arzu Babayeva, Rəşad Qarayev, Vəsilə Mehdiyeva, Gənclər və İdman İdarəsinin rəis müavini Şəhram Quliyev məzunlardan Əyyubzadə Ziya, Quliyeva Lamiyyə, Məmmədova İlahə, Quliyev Rəşad, Atayeva Nərgiz, Vaqifli Zərifə, Əlizadə Mehrac, Mustafayev Elçin, İsmayılzadə Tacirə, Qəmbərli Şəfa, Hüseynzadə Nilufər, Hüseynzadə İlahə, Ələsgərli Əziz, Hümbətzadə Həmidə, Rzayeva Nərmin, Səfərli Murad, Səlimova Şəhla, Ələkbərli Vüsal, Məmmədli Ayşən, Cabbarzadə Aytən, Əsgərova Firuzə, Aslanlı İlahə, Məmmədov Şükür, Quliyeva Həcər, Kərimova Ülkər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Fotolar

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar