Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mustafa Şentop: “Türkiyə zəfərə qədər Azərbaycanla bərabərdir”

“1990-cı illərin əvvəlindən etibarən Qarabağ davasına sahib çıxan və bu gün Azərbaycanın haqlı davasına dəstək olan cənab Ərdoğanın parlament nümayəndələrinə və bütün Azərbaycan xalqına salamını çatdırmaq istəyirəm”.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

TBMM sədri bildirib ki, Azərbaycanın haqlı davasına dəstək verən fərqli partiyaların nümayəndələri də səfərdə onu müşayiət edir.

M.Şentop qeyd edib ki, Qarabağın aid olduğu yerlərə, əsl sahibinə qaytarılması üçün türk xalqı dua edir:

“100 il öncə vətənimizin bir hissəsi işğal altında olanda, istiqlal şüarı altında milli mücadiləmizə başlayan Türkiyə Böyük Millət Məclisi zəfərə qədər Azərbaycanla bərabərdir. Biz Azərbaycanın şanlı mübarizəsinə tam dəstək veririk. Sevincimizi olduğu kimi, kədərimizi də paylaşmağa gəlmişik. Bir kərə yüksələn bayraq, bir daha enməz deyirik”.

TBMM sədri Azərbaycana yönələn Ermənistan hücumlarını pislədiyini və bu hücumların nəticəsində şəhid olanlara Allahdan rəhmət, qardaş Azərbaycan xalqına başsağlığı verib.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar