Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müslüm İmranlı: “Basqal tarixi ərazi olduğundan burada yeni tikilinin inşası məsuliyyətli idi”

Basqal tarixi ərazi olduğuna görə burada yeni tikili inşa etmək çox məsuliyyətli idi.

PİA.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzinin Memarlıq sektorunun müdiri Müslüm İmranlı Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində keçirilən mediatur zamanı qoruğun yeni inzibati binası haqqında məlumat verərkən bildirib.

O qeyd edib ki, qoruğun keçmiş binası köhnə və qəzalı şəraitdə olduğuna görə sökülüb və yeni tikili üçün Bazar meydanı seçilib. Yeni binanın inşasını məsuliyyətli adlandıran sektor müdiri bunu belə əsaslandırıb:

“Yeni tikili yeniliyi ilə yanaşı, həm də ətraf mühitə uyğun olmalı idi. Bunun üçün biz tikilinin divarını yerli daşdan, damını isə burada istifadə olunan metal lövhələrdən layihələndirdik. Tikilinin aşağı hissəsi turizm məlumat mərkəzi və sanitar qovşaq kimi, yuxarı hissəsi isə qoruq işçiləri üçün inzibati otaqlar üçün nəzərdə tutulub. İnzibati otaqlara direktor otağı, iclas otağı, ümumi iş otağı, mətbəx guşəsi, server və anbar otağı daxildir. Ümumilikdə tikilinin əsas istinadı kimi tarixi Yuxarı Şirvan-Lahıc-Basqal memarlığı üslubu götürülüb. Bu bina tarixi memarlığa yeni yanaşmanı sərgiləyir”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar