Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsəlman İsrailpərəst, ingilis İranpərəst, hindu Türkiyə əleyhdarı…

Boris Conson hökumətinin yeni simaları

Aleks MakDonald

“Middle East Eye”, 25.07.2019

İngiltərənin yeni baş naziri Boris Conson bir sıra hökumət nazirinin təyin olunmasına vaxt itirməyib. Onlar Consonun gündəmini – BritaniyaAvropa İttifaqından çıxamasını yaxşı əks etdirirlər.

Ancaq baş nairin Yaxın Şərq əlaqələri haqqında – türk əcdadından tutmuş Nazənin Zəqari-Ratkliff (İranda həsdə olan jurnalist – tərc.) davasına qədər – çox şey yazılmış olsa da, yeni hökuməinin bölgəyə aid yükü diqqətdən kənar qalıb.

“Middle East Eye”bəzi məqamlara nəzər salır:

Priti Patel – daxili işlər naziri

Mühafizəkarlar Partiyanın mütəmadi olaraq edam cəzasının qaytarılmasına çağıran üzvü Patel işğal altındakı Colan Təpələrinə icazəsiz səfər etmə və çoxsaylı İsrail rəsmiləri ilə görüşlərinə görə 2017-ci ildə qalmaqalla üzləşib.

Avqust səfəri zamanı Priti Patel (hind mənşəli – tərc.) baş nazir Benyamin Netanyahu da daxil olmaqla, İsrailin yüksək səviyyəli rəsmiləri ilə onlarla görüş keçirib.

Müxalif millət vəkillərinin “nazirlik kodeksinin ciddi şəkildə pozulması” adı verdiyi qalmaqal Patelin beynəlxalq inkişaf naziri vəzifəsindən istefasına səbəb olub.

İngiltərənin 2016-cı il Avropa İttifaqından çıxış referendumu zamanı “Brexit” kampaniyasının böyük dəstəkçisi olub, Türkiyənin tezliklə Aİ-yə üzv olacağı ilə miqrasiya təhlkəsinin artacağına görə tez-tez tənqid edilib.

Səcid Cavid – kansler

İngiltərədəki müsəlman mənşəli ən güclü siyasətçi bir dəfə “İsrailin Mühafizəkarlar Dostları”ilə görüşdə deyib ki, əgər Yaxın Şərqdə yaşamalı olsaydı, bu, İsrail olacaqdı.

2012-ci ildə “İsrailin Mühafizəkar Dostları” ilə naharda isə “Mən İngiltərədə doğulmuş qürurlu müsəlmanam və ölkəmi Yer üzündəki hər yerdən daha çox sevirəm”, – deyib.

Ancaq söhbət Yaxın Şərqdən getdildə: “Gedə biləcəyim yalnız bir yer var. Yaxın Şərqdə İngiltərə ilə eyni demokratik dəyərləri bölüşən yeganə dövlət. Yaxın Şərqdə ailəmin azadlıq və azadlığın isti qucağını hiss edəcək yeganə dövlət”, – deyə İsraili nəzərdə tutub.

İsrailin düşmənlərinə də barmaq silkələyib. 2019-cu ilin fevral ayında “Hizbullah”ın siyasi qanadını İngiltərənin terror siyahısına əlavə və bütün təşkilatı hərbi qanadı ilə birlikdə ittiham edib.

Buna baxmayaraq, o, 2016-cı ildə 2015-ci il nüvə müqaviləsi ilə İranla açılmış yeni ticarət sövdələşmə imkanlarını dəstəkləyən bəyanat verib. “Bu, demək olar ki, 80 milyon isthlakçısı olan potensial bazar və Britaniya biznesi üçün demək olar ki, hüdudsuz fürsətdir”.

Bəlkə də Cavidin daxili işər naziri kimi verdiyi ən mübahisəli siyasiqərar “Britaniya İŞİD-i” qrupunun üzvü Şamima Bequmun vətəndaşlıqdan çıxararaq İngiltərəyə qayıtmasının qarşısını almasıdır.

Suriyadakı əl-Hul qaçqın düşərgəsində Bequmun körpəsinin ölümü Cavidin özünü “mənəvi qorxaq” adlandırması ilə bitib.

Qevin Uilyamson – təhsil naziri

Milli Təhlükəsizlik Şurası iclasının təfərrüatları mətbuata sızdıqdan sonra may ayında işdən çıxarılan Uilymson son tarixin ən açıq-aşkar quzgun nazirlərindən biridir.

2018-ci ildə İngiltərəni Yaxın Şərqdəki kampaniyaya görə “həddindən artıq ağciyər” adlandıran nazir “düzgün düşünülmüş” hərbi müdaxiləni tərifləyib.

“Məncə, əminliyimiz İraq və Əfqanıstandakı qarşıdurmalarla yıpranıb… Biz milli maraqlarımıza görə qərarlı olmalıyıq”.

2017-ci ilin dekabr ayında o, Qətərə 24 “Tayfun” təyyarəsini satmaq üçün 6 milyard dollarlıq müqavilə imzalayıb və “Yaxın Şərqdə ikimizin də paylaşdığı problemləri həll etmək, bölgədəki sabitliyi dəstəkləmək və evdə təhlükəsizliyi təmin etmək üçün Qətər hərbi missiyası”nı tərifləyib.

O, həmçinin İngiltərə hökumətinin Yəməndə istifadə üçün təyyarələrin satışını davam etdirməyə çağırış edib.

Dominic Raab – xarici işlər naziri

Mühafizəkarlar Partiyasında ən qəliz şəxslərdən biri kimi görülsə də, Raab karyerasına beynəlxalq hüquqşünas kimi başlayıb və hətta “Azadlıq” hüquq müdafiə təşkilatında da çalışıb.

O, fələstinli qruplarla da yaxından əməkdaşlıq edib, hətta 1998-ci ildə Qərbi Şəriyyədə yerləşən Ramallah şəhərində Birzeyt Universitetində işləyib, sülh danışıqları üzrə Fələstin vasitəçisi olub.

Raab Benyamin Netanyahunun sağçı Likud Patiyasını tənqid etməsinə baxmayaraq, BMT-nin Fələstin dövlətini tanımasını pisləyən məqalələr yazaraq İsrailə böyük dəstək verib.

2010-cu ildə bir bloq yazısında o, İsrail qüvvələrinin 10 fəalın öldürüldüyü “Mavi Marmara” gəmisinə hücumunun səbəbini də “izah etməyə” çalışıb.

Səudiyyə Ərəbistanına gəldikdə, Raab, İstanbulda səudiyyəli jurnalist Camal Xaşuqcinin öldürülməsinə görə ər-Riyadla münasibətlərə xələl gəlməməsinin tərəfdarı olub.

Ben Uolles – müdafiə naziri

Yeni hökumətin bir neçə peşkar naziri arasında Uolles “İran tərəfdarı” kimi tanınır. O, İranla bağlı Üçtərəfli Parlament Qrupuna sədrlik edib və İrana ən çox səfər edn millət vəkillərindən biridir.

2011-ci ildə ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların artdığı anda, qrupun iclasında sanksiyaların “işə yaramadığı”na dair xəbərdarlıq edib: “İran bölgədəki təbii tərəfdaşlarımızdan biri olmalı və bunun təmin edilməsinə çalışmalıyıq. Bu halda, İran bizimlə möhkəm dost olacaq”.

Nümayəndələr Palatasında 2014-cü ildə baş verən müzakirələr zamanı o, İranın nüvə ambisiyalarını izah etməyə çalışıb: “İran onilliklər boyu istər mülki olsun, istərsə də hərbi baxımdan nüvə ambisiyalarına sahibdir… O, sərt qonşuluqda yaşayır; bəlkə də yalnız Soyuq müharibə və Sovet İttifaqı ilə oxşar cəhətləri olduğunu başa düşə biləcəyimiz rəqibləri var; etnik və dini cəhətdən fərqli iqtisadi və hərbi rəqiblərlə əhatə olunb”.

Vəzifədaşı Səcid Caviddən fərqli olaraq, o, “Hizbullah”ı tamamilə terror təşkilatı kimi təyin etmək təklifinə də münasibət bildirib və 2018-ci ildə “Hizballah”ın hərbi və siyasi fəaliyyətləri fərqlidir”, – deyib.

Tereza Vilyers – ətraf mühit naziri

“İsrailin Mühafizəkar Dostları” Birliyinin sədr müavini olmaqdan əlavə, Vilyers Albaniya mərkəzli İran müxalif qrupu olan “Mücahidin-e-Xəlq”in (MEK) tərəfdarıdır.

O, MEK-in ev sahibliyi etdiyi bir tədbirdə çıxış edib və təşkilatın lideri Məryəm Rəcəvini tərifləyib.

İran üçün azad və demokratik gələcəyə yönəlmiş bu toplantıda çıxış edə bildiyim üçün çox minnətdaram”.

Vilyers iyulun 27-də ingilis millət vəkilləri ilə birlikdə MEK-in Londonda keçiriləcək mitinqinə qatılacaq.

Maykl Qouv – Lankaster Hersoqluğunun kansleri

Conson kabinetindəki yeni rolunun arxaik adına baxmayaraq, Qouv hələ də Mühafizəkarlar Partiyasında yüksək mövqe saxlayır və özünü “neo-mühafizəkar” kimi təsvir edir.

2008-ci ilin dekabrında o, İraqın işğalını “düzgün xarici siyasətin müvəffəqiyyəti” olaraq xarakterizə edib və hökumətin 2013-cü ildə Suriyanın şərqindəki Qutada, kimyəvi silah hücumundan sonra bombalama planlarını “rüsvayçılıq” adlandırıb.

Özünü “qürurlu sionist” kimi qələmə verərək Qouv islamçılığı “totalitar ideologiya” kimi səciyyləndirir.

Ancaq 2015-ci ildə, Səudiyyə Ərəbistanının insan haqları vəziyyəti ilə bağlı narahatlıqlar ortaya çıxdıqdan sonra Səudiyyə Ərəbistanı həbsxana sistemində inkişaf proqramlarını təmin etmək üçün 5.9 milyon funt sterlinqlik müqavilə bağlamaqla qeyri-adi addım atıb.

Aİ-dən çıxış referendumu zamanı, “Brexit” kampaniyasındakı bir çox tərəfdaşları kimi, o, Türkiyənin 2016-cı ildə “təhlükəsizlik riski” ayıb, Ankaranın Aİ-yə qoşulma perspektivini qorxulu olması barədə də xəbərdarlıq edib.

Eyni zamanda, Qouv Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı demokratiyanı “tərsinə çevirməkdə” ittihamlayaraq tənqid edib və Aİ-ni “Türkiyədə fundamental demokratik azadlıqların aşınmasına ən aydın və ən yüksək səviyyədə etiraz etməyə” çağırıb.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar