Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Müsavata qarşı “ən iyrənc kampaniya”nın mənbələrindən biri Milli Şuradır” – Arif Hacılı

“Milli Şura Koordinasiya Mərkəzindəki müzakirələr bu qurumun bəyan etdiyi demokratik dəyərlərə hörmətlə yanaşmadığını, ölkənin digər müxalifət partiyalarına qarşı böhtan kampaniyası və nifrət təbliğatı apardığını təsdiq etdi”... 

Yenisabah.az xəbər verir ki, bu sözləri Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib. O qeyd edib ki, Müsavat Partiyasına qarşı təşkil edilən və böhtan olduğu araşdırma, istintaq və məhkəmələr tərəfindən çoxdan təsdiq edilmiş “ən iyrənc kampaniya”nın da mənbələrindən birinin Milli Şura, ən azı Milli Şuranın bəzi rəhbər şəxsləri olduğu üzə çıxıb. “Lent yazısının özündə yayımın kim tərəfindən təşkil olunduğu aydın deyildikdən sonra da burada kibercinayət simulyasiyası çox gülünc görünür. Gizli yayım olsaydı belə demokrat, çoxpartiyalı sistemin, azad rəqabət şəraitinin tərəfdarı olan heç kəs, hətta yuxusunda da şovinizm, ksenofobiya, rasizm təbliğatı aparmaz, Hitlerin uğursuzluqlarına təəssüflənməz, kütləvi qırğını təbliğ etməz, rəqib hesab etdiklərinə böhtan atmaz. Milli Şura rəhbərliyinin davranışlarına görə təhqir etdikləri bəzi tərəflərdən üzr istəmələrinə müsbət yanaşıram. İnanmaq istəyirəm ki, onların, xüsusilə Milli Şura sədrinin Müsavat Partiyasına qarşı hörmətsiz davranışlara və böhtanlara görə üzr istəməyə siyasi iradəsi çatacaq”, - deyə Müsavat başqanı vurğulayıb.

Arif Hacılı 2013-cü ildə keçirilən prezident seçkilərində Müsavat Partiyasının Milli Şuranın sədri Cəmil Həsənlini dəstəkləməsi, seçkidən sonra isə qurumu tərk etməsi barədə maraqlı fikirlər səsləndirib: “Bəzi dostlar 2013-cü ilin prezident seçkilərində Cəmil Həsənli üçün çalışdıqlarına görə peşman olduqlarını yazırlar. Bu düzgün deyil. Biz o zaman Cəmil Həsənlin namizədliyini onun şəxsiyyətinə, xidmətlərinə görə yox, cəmiyyətin maraqları naminə müdafiə etmişik. O seçkidə müxalifətin vahid namizədinin olması vacib idi. AXCP heç vaxt Müsavatın namizədini müdafiə etməyəcəkdi, ona görə də partiya maraqlarını, cəmiyyətin maraqlarına qurban verdik. Bu düzgün qərar idi. Biz Cəmil Həsənli üçün yox, Azərbaycan üçün çalışmışıq. Dəfələrlə və aydın izah etsək də, zaman-zaman bizdən Milli Şuradan niyə çıxdığımızı soruşurdular. Bu qurumu təsis edən əksər təşkilatların hələ Müsavatdan əvvəl Milli Şuradan çıxması, fəxri sədrin Krımı Rusiya torpağı adlandırması, Ramiz Mehdiyev və Əli Həsənov məni müxalifət kimi təqim etmişdi, deməsi, bu qurumun bəzi rəhbər şəxslərinin fərqli ideloğiyalara xidmət edən təşkilatlarda təmsil olunması bu sualı bizə ünvanlayanları cavab kimi qane etmirdi. Bu suala daha aydın cavab Milli Şuranın toplantısından, bizə təkrar-təkrar, "Müsavatsız Milli Şura susuz dəyirman kimidir"- deyən Milli Şura sədrinin özündən gəldi”.

Xatirladaq ki, Milli Şuranın videokonfrans formatında keçirilən iclasında qurumun üzvü Gültəkin Hacıbəylinin Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədovun lağlağı obyektinə çevrildiyini, Müsavat Partiyasının da REAL-ın taleyini yaşayacağını bildirib.

pia.az 


Etiket: Arif Hacılı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar