Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavat və REAL Bəxtiyar Hacıyevə “yox” deyib

“29-cu dairədə ciddi təşviqat aparan və aparmayan namizədlər var. Bəziləri siyasi partiyaların namizədləridir, resurslarının az olduqlarını özləri də bilirlər, etiraf edən də var, etməyən də”...

Bu sözləri 29 saylı Səbail seçki dairəsindən namizəd ictimai fəal Bəxtiyar Hacıyev deyib. O bildirib ki, bəzi dairələrdə şansı daha yüksək olan namizədlərin lehinə birləşməklə bağlı bir neçə gündür partiyalarla danışıqlar aparılır. “30-40 dairədən namizəd irəli sürüb, güclü kampaniya aparmayıb, resursları və dairələrdə səsləri bölməkdənsə, bəzi dairələrdə şansı daha yüksək olan namizədlər lehinə birləşsinlər.

Bir neçə namizəd və partiya müsbət cavab verib. Ancaq şansı, resursları, təşviqatı çox zəif olan, təşviqatın təxminən 10 günündə heç bir sistemli iş aparmayan, bunu bildikləri halda ümumi və ölkə maraqlarını yox, dar partiya maraqlarını güdərək addım atanlar da olur. Seçkidən sonra nəticələr açıqlansın, bu partiyalarla bağlı fikirlərimi geniş yazacam. Hələlik onu deyə bilərəm ki, Azərbaycandakı problemlərin kökündə həm də belə məqamlarda birlik, həmrəylik göstərə bilməmək dayanır. Gərək bu qaydaları da dəyişək”, - deyə Bəxtiyar Hacıyev bildirib.

Məlumata görə, Bəxtiyar Hacıyevin təklifi ilə razılaşmayan Respublikaçı Alternativ (REAL) və Müsavat partiyalarıdır. REAL-ın həmin dairədən namizədi Emin Babayev, Müsavatın namizədi isə başqan müavini Fərəc Kərimlidir.

Qeyd edək ki, bu dairədən hakim Yeni Azərbaycan Partiyası (YAP) Aytən Hüseynovanın namizədliyini irəli sürsə də, hakimiyyətin əsas namizədi kimi Nigar Arpadarainin adı çəkilir. Bəxtiyar Hacıyev əsas rəqib kimi məhz Nigar Arparadaini görür və müxalif namizədlərin ona qarşı birləşməsinə çalışır.(yeni sabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar