Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavat Partiyası ilə Milli Şura arasında gərginlik var...

Başqasının dəmir qapısına daş atmayın”...

Sosial mediada Arif Hacılı və Gültəkin Hacıbəyli arasında söz atışması gedir, tərəfdarlar da davaya qoşulub Parlament seçkisi mövzusu AXCP ilə Müsavat Partiyası arasında qalmaqal yaradıb.

Müsavat Partiyasının dekabrın 7-də parlament seçkiləri ilə bağlı verdiyi qərar barədə AXCP fəalı Taleh Xasməmmədov aşağıdakı statusu yazıb: "Seçkilərlə bağlı Milli Şura boykot, Müsavat Partiyası isə iştirak qərarı verdi. Başqa cür olsaydı göydən daş yağardı axı!" Bu statusa rəy yazanlardan biri də Türkel Oğuz adlı sosial şəbəkə istifadəçisidir ki, onun da Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin gizli hesablarından biri olması hamı tərəfindən bilinir.

''Türkel Oğuz'' T.Xasməmmədovun statusunun altında aşağıdakı rəyi yazıb: "197 nəfər mühacirlə bağlı Baş Prokurorluq hər an cinayət işi aça bilər axı, başa düşüləndir".

Müsavat başqanı Arif Hacılı isə bu status və ''Türkel Oğuz''un rəyini screen şot edərək, ona münasibətini aşağıdakı cümlələrlə bildirib: "Bu yazını Gültəkin Hacıbəylinin yazdığına inanmıram. Dünən canlı yayımda verilən suala cavabımda da belə dedim. Sonra aşağıdakı skrini inboksuma sübut kimi göndərdilər. Yenə inanmıram. Bəlkə profili oğurlanıb?" Maraqlıdır ki, T.Xasməmmədovun yazdığı, G.Hacıbəylinin isə şərh verdiyi statusun altında daha sonra illərdir görməyə alışdığımız AXCP-Müsavat davası başlanıb.

Müsavat başqanının müavini Səxavət Soltanlı aşağıdakı cavabı yazıb: "Əziz Gültəkin xanım, Baş Prokurorluq hansısa mühacirə görə cinayət işi aça bilərsə, o zaman sayın dəxli yoxdur. 1 nəfərə görə də cinayət işi aça bilərlər. Bu aralar "qəzəbli" olduğunuzu bilirəm, sadəcə burda nəsə yazmağa həvəsiniz də yox idi. Nədən özünüzü bu mövzuda yazmaqdan saxlaya bilmədiz anlamadım".

G.Hacıbəyli isə ona cavabında bu profil sahibinin özü olduğunu təsdiqləyircəsinə belə cavab verib: "Mənim sizinlə uğraşmaq niyyətim yoxdur, ancaq mənə kim atmaca atacaqsa, cavabını da alacaq".

Polemika daha sonra aşağıdakı qaydada davam edib: S.Soltanlı: Gültəkin xanım, hansısa aqressiv, hislərə qapılmış siravi üzvlərə, hansısa saxta profilə, hansısa, ola bilsin, təxribatçıya görə əsas müxalif partiyaya, ləyaqətli insanların təmsil olunduğu təşkilata belə absurt ittiham söyləmək ciddi hesab edilən təşkilatın ciddi rəhbərlərindən birinə yaraşmaz.

Türkel Oğuz: Səxavət bəy, 1-cisi nə mənim, nə təşkilatımın sizin qiymətli məsləhətlərinizə ehtiyacı yoxdur. Bir özünüzə baxın, bir bizə baxın və davranışınıza nizam verin. Zatən, siz Cəmil müəllimə "ağıl öyrədən" birisiniz, sizinlə bağlı böyük gözləntilərim yoxdur. 2. Özünə ciddi deyən təşkilat ən azı 197 nəfərə arayış verdiyi və "dəhşətli dərəcədə təqib olunan" "mübarizləri" ictimaiyyətdən və hətta öz rəhbərliyində təmsil olunan şəxslərdən gizlətməz. Edirsə, artıq ciddi təşkilat deyil. 3. Özünə siyasətçi deyən və təşkilat rəhbərliyində təmsil olan birisi vaxtilə quldurluqla məşğul olan və saxta arayış alıb xaricə qaçmış, cəmiyyətin tanımadığı keçmiş polis işçisinin on il əvvəl məhz siyasi baxışlarına və prinsipiallığına görə hakimiyyətlə konflikt yaşayıb on ildir siyasi mübarizənin önündə olan və ən çox təqib olunan, özü, ailəsi böyük məhrumiyyətlər yaşayan biri ilə (mənimlə) müqayisə edirsə o təşkilat ciddiliyini çoxdan itirir və qərəzli olduğuna şübhə yeri qalmır. 4. Səməd Seyidovun mənə qarşı AŞPA təxribatının üstünün açılması, AŞPA-dan mənə cavabın gəlməsi 40 dəqiqə çəkdi. Siz həmin 40 dəqiqə ərzində sevincək ard-arda statuslar yazıb məni korrupsiyada ittiham etdiniz, halbuki AŞPA heç vaxt məni korrupsiyada ittiham etməyib. Sadəcə, Səməd mənə göndərilən məktubları "itirirdi" və AŞPA-ya guya mən cavab vermək istəmirəm, deyirdi. Cəmi 40 dəqiqəyə məsələ aydınlaşdı, ancaq bəzi müsavatçılar 40 dəqiqə ərzində əllərinə həna çəkib oynayırdılar. Yay tətili bitən kimi ilk iclasında AŞPA rəsmi qərarını dəyişdirdi və mənim məktublara cavab vermədiyim texniki yanlışlıq üzündən baş verdiyini, ona görə də bunun kiçik etika pozuntusu olmadığını bəyan edib məndən üzr istədi. Siz Səxavət Soltanlı həmin 40 dəqiqə ərzində məni hətta siyasətdən getməyə çağırırdınız. Üzərində korrupsiya ittihamı olan şəxs siyasətdə qala bilməz deyirdiniz( halbuki belə ittiham heç vaxt olmayıb, məni məktuba cavab verməkdən imtinaya görə, kiçik etika pozuntusuna görə səhvən cəzalandırmışdılar). Sonra nəinki üzr istədiniz, statuslarınızı sildiniz, hətta başqanınızın doğma qardaşı da daxil bir çoxunuz məni "kürü alverində" ittiham etməkdə davam etdiniz. Şərəfsizcəsinə, böhtan olduğunu bilə-bilə. Mənim kürü alverinə aidiyyatım olmadığı ortadadır, bircə fakt, ittiham, eyham belə yoxdur, AŞPA məndən üzr istəyib, Səməd də məktubları göndərmədiyini etiraf edib. Ancaq sizin mühacir alverinə birbaşa aidiyyatınız var və nə qədər ki, 197 nəfərin adlı siyahısını açıqlamayacaqsınız, bu ləkə üstünüzdə qalacaq. Öz şüşə qapınızın uçmasını istəmirsinizsə, başqasının dəmir qapısına daş atmayın. Çox şey deyə bilərəm, ancaq inanın ki, sizə baş qoşmaq istəyim və vaxtım yoxdur. Sizə parlament seçkilərində uğurlar!

Səxavət Soltanlı: "Vaxtınızın olmadığını 2 cümləyə 3 min işarəlik cavab verməyinizdən gördüm. Mənim isə ən azı indi vaxtım yoxdur sizə cavab verməyə. Bununla yanaşı cavabım olacaq. Gözləyin."

Bu mübahisə davam edərkən, ilkin statusun müəllifi T.Xasməmmədov isə aşağıdakı statusu yazaraq mübahisəni daha da alovlandırıb: "Deməli bəziləri seçkidə iştirakla bağlı məclisdə qərar qəbul etdirir, amma boykot qərarını da özlərində saxlayırlar. Bu da o, deməkdir ki, seçki kompaniyasında hakimiyyətlə sövdələşmə baş tutmadıqda boykot qərarının elan olunmasına yer saxlamış olsunlar. İndi siz deyin, belə bir geydirmə müxalifətə geydirməyin yeri var, ya yox?"

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar