Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müsavat başqanı Hacı Muradın məzarında: “Qalıqlar oğurlanıb” - Foto

Müsavat Partiyasının başqanı Arif Hacılı iyunun 6-da Qax rayonunun Tanqıt kəndi yaxınlığında Birinci Qafqaz müharibəsinin iştirakçısı və imam Şamilin silahdaşı Hacı Muradın məzarı olan qəbiristanlıqda olub

O, Turan-ın müxbiri ilə söhbətində Hacı Muradın cəsədinin qalıqlarının oğurlandığı qənaətinə gəldiyini bildirib.

"Hacı Muradın məzarının yanında təxminən 1 metrə yaxın daş döşəmə sökülüb, orada qazıntı aparılıb. Görünür Hacı Muradın orada olan nəşini çıxarmaq üçün qəbrin üzərində olan daşı dağıtmadan, onun böyründə qazıntı aparmaqla nəşi götürüblər. Məzarın ətrafında yenicə qazılmış torpaq da görünür. Bu mənzərədən belə qənaətə gəldim ki, Hacı Muradın nəşinin oğurlanaraq Rusiyaya aparılması barədə məlumatlar həqiqətə uyğundur. Bu barədə video görüntülər çəkmişəm və texniki imkan olan kimi təqdim edəcəyəm", deyə o qeyd edib.

Hacılı deyib ki, Hacı Muradın məzarında hansısa araşdırma aparıldığı görünmür. "Qəbrin mühafizəsi üçün hər hansı nəzarət yoxdur. Hətta qəbrin ətrafında adi təmizlik işləri belə aparılmayıb. Köhnəlmiş güllər belə götürülməyib. Belə görünür ki, hüquq-mühafizə orqanları bu işlə qətiyyən maraqlanmayıb."

Partiya sədri qəbrin dağıdılmasının, nəşin oğurlanmasının Azərbaycanın konstitusiyasına, qanunlarına və dinə zidd olan bir vandalizm hərəkəti olduğunu deyib.

"Bu hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı, gömrük, sərhəd orqanları məsələ ilə bağlı sorğulanmalıdır. Dərhal əraziyə ekspertlər göndərilməlidir. Onlar vəziyyəti araşdırmalı, ictimaiyyətə məlumat verilməlidir", deyə o qeyd edib.

pia.az


Etiket: Arif Hacılı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar