Çərşənbə, 23 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Müşahidə olunmuş tarixin ən isti sentyabrı qeydə alınıb

Sentyabr yeni rekorda «imza atıb»...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, ötən sentyabr bu ay üçün orta temperatur götəricisi üzrə yeni rekorda «imza atıb». Rusiya Federasiyası Hidrometeoroloji Mərkəzinin elmi rəhbəri Roman Vilfanda istinadla, bu barədə «RİA Novosti» agentliyi xəbər verib.

Meteoroloqun sözlərinə görə, həm Rusiya alimlərinin, həm də Avropa müşahidə sisteminin («Copernicus») məlumatları ötən sentyabrın göstəricisinin müşahidələr tarixində rekord yüksək temperatur olduğunu təsdiqləyir.

«Copernicus»un məlumatına görə, sentyabrda qlobal temperatur 1981-2010-cu illər dövrünün göstəricisini 0,57 dərəcə (Selsi) üstələyib və 2016-cı ildə qeydə alınmış rekorda uyğun gəlir.

Bu zaman, Noveçdə, İsveçdə, o cümlədən Uzaq Şərqdə, Rusiyanın cənub-qərbində və Antarktidada ortadan aşağı temperatur göstəricisi qeydə alınıb.

Mərkəzi və şərqi Amerikada, Monqolustanda və Arktikada temperatur göstəricisi normanı əhəmiyyətli dərəcədə üstələyib.

Burada əsas diqqətçəkən məqam odur ki, Şimal qütbündə (Arktika) temperaturun yüksəldiyi bir vaxtda, Cənub qütbündə (Antarktida) soyuma baş verir. Maraqlıdır, bu proses qütblərin dəyişməsinə və ya Yerin öz xəyali oxundan sapma bucağının dəyişməsinə səbəb ola bilərmi?

Ehtimal ki, alimlər yaxın dövrdə bu suala cavab axtarışına baş vurmalı olacaqlar…

pia.az

 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar