Cümə, 22 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Musa Pənahovun və oğlunun Avropada biznesi - Azərbaycandan böyük sərvət qaçırıblar...

Musa Pənahovun və oğlunun Avropada biznesi

"Moldovanın sabiq prezidenti Voroninin nəvəsi ilə ailə quran Fuad Pənahov 9 ildən bəri Avstriyada fəaliyyət göstərən DanGas GMBH ticarət şirkətinin sahibidir".

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.

O bildirib ki, hazırda Nazirlər Kabinetində Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdir müavini olan Musa Pənahovun oğlu bu şirkəti 2010-cu ilin iyulun 6-da Vyana ədliyyəsində 35 min avro nizamnamə kapitalı ilə qeydiyyatdan keçirib.

"Şirkət Vyanada, Tiefen Graben 12/17 ünvanında fəaliyyət göstərir. O zaman Musa Pənahov nəqliyyat nazirinin müavini idi və Azərbaycan tərəfdən Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin icrasına rəhbərlik edirdi.

Fuad Pənahov hazırda İqtisadiyyat Nazirliyinin nəzdindəki "Sumqayıt Kimya Sənaye Parkı”nın direktor müavinidir", - jurnalist bildirib.

Jurnalist qeyd edib ki, onun həyat yoldaşı Yekaterina Pənahova isə Moldovada Voroninin ailə şirkətlərində, o cümlədən Kişinyovdakı "Medazur" SPA mərkəzinə və bu ölkənin iri banklarından olan FinComBank-da 1285 səhmlə (0.11%) iştirak payına sahibdir: "Musa Pənahovun digər oğlu Kənan Pənahov isə əvvəllər Maliyyə Nazirliyində çalışıb və İngiltərə vətəndaşlığı alaraq Londona köçüb. PIMAGRO LLC-nin ortaqlarından biridir".

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar