Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müqəddəs yerlərə ziyarər edənlər diqqət: Koronavirus təhlükəsi

Mübariz Qurbanlıdan müqəddəs yerlərə səyahət edənlərə koronavirus xəbərdarlığı...

Dini Qurumlarla İş üzrə Dövlət KomitəsiQafqaz Müsəlmanları İdarəsi İranda koronavirus təhlükəsi ilə bağlı turizm şirkətlərinə tövsiyələr verib.

Qaynarinfo xəbər verir ki, bunu açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, yalnız Həcc ziyarəti Qafqaz Müsəlmanları İdarəsinin himayəsi altında həyata keçirilir:

“Digər müqəddəs yerlərə ziyarətlər turizm şirkətləri tərəfindən təşkil olunur. İran, İraq, Yaxın Şərqdəki müqəddəs dini yerlərə ziyarətlər təşkil edən şirkətlərə tövsiyə etmişik ki, indiki şəraitdə koronavirus təhlükəsini nəzərə alsınlar, həmin yerlərə turist aparılması məsələsinə diqqətlə yanaşsınlar. Bu təhlükəni nəzərə alaraq turist ziyarətlərinin təşkilinə müvəqqəti də olsa, müəyyən məhdudiyyət həyata keçirsinlər”.

Komitə sədri qeyd edib ki, hüquqi baxımdan həmin turizm şirkətləri müstəqil fəaliyyət göstərirlər:

“Bu şirkətlər yalnız dini ziyarət yerlərinə deyil, digər turistik yerlərə də turist aparırlar. Ona görə də qanunvericilik baxımından həmin şirkətlərə hər hansı formada qadağa qoymağımız mümkün deyil. Amma bu məsələ ilə bağlı turizm şirkətlərinə tövsiyələr verilib. Turizm şirkətlərinin nümayəndələrini qəbul etmişik və izahat işi aparmışıq. Əminəm ki, vətəndaşlarımız da koronavirus təhlükəsini nəzərə alaraq, gediş-gəlişlə bağlı məsələlərdə daha həssas olacaqlar. Bununla bağlı Səhiyyə Nazirliyinin və bütövlükdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi tövsiyələrə əməl edəcəklər”. 

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Qızıla yatırım etmək riskli hesab edilir - Video

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Ən çox oxunanalar