Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Münhen Təhlükəsizlik Konfransı dünyanın təhlükəsizliyindən əmin deyil...

Politoloq: “Tramp ABŞ-da prezidentliyə gələndən sonra dünyada beynəlxalq münasibətlər sistemi demək olar ki, kökündən sarsılıb”

ABŞ-la Çin, eyni zamanda Rusiya arasında mübarizə getdikcə güclənə və dünya üçün qlobal təhlükələr vəd edə bilər”.

Bu sözləri politoloq Natiq Miri Münhen Təhlükəsizlik Konfransının hazırkı beynəlxalq münasibətlərlə bağlı 2019-cu il üçün hesabatını PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün 55-ci Münhen Təhlükəsizlik Konfransı başlayır. Fevralın 17-dək davam edəcək konfransda təhlükəsizlik siyasəti sahəsində mütəxəssis olan 600 nəfərin, o cümlədən 35 dövlət və hökumət başçısının, 80 müdafiə və xarici işlər nazirinin iştirak edəcəyi xəbər verilir.

Forumun rəhbəri Volfqanq İşinger jurnalistlərə açıqlamasında qeyd edib ki, bir neçə yüksək çinli siyasətçinin iştirakdan imtina etməsinə baxmayaraq, builki Münhen Təhlükəsizlik Konfransı 50 ildən çox tarixi ərzində ən vacib və ən böyük konfrans olacaq.

Xatırladaq ki, fevralın 11-də Münhen Təhlükəsizlik Konfransının ekspertləri hazırkı beynəlxalq münasibətlərlə bağlı 2019-cu il üçün hesabat yayıb. Bu nüfuzlu təhlükəsizlik konfransının ekspertləri hesab edirlər ki, fövqəldövlətlərin yeni qarşıdurma erası başlayıb. Bu fövqəldövlətlərə ABŞ və müttəfiqləri, Çin, Rusiya aid edilir. Ekspertlərin fikrincə ABŞ və müttəfiqləri üçün Çin daha ciddi təhlükədir və Rusiyadan gələn təhlükə isə tez bir zamanda öz həllini tapmalıdır.

Hazırkı beynəlxalq münasibətlər dünyada təkcə kiçik və börük böhranlar yaşanmır, eyni zamanda dünyanın liberal beynəlxalq nizamı dağılır və bu SSRİ-nin dağılmasından sonra bütün dünyada beynəlxalq təhlükəslik üçün təhdiddir, deyə Münhen Təhlükəsizlik Konfransının ekspertləri hesab edirlər. Hesabat müəlliflərinin fikrincə ABŞ, Çin və Rusiya kimi fövqəldövlətlərin rəqabətinin yeni erası başlanıb və bu da beynəlxalq nizamın dəyişməsinə səbəb olacaq.

Hesabat müəllifləri hesab edirlər ki, Rusiya son illər daha aqressiv siyasət yürüdərək Ukraynada, Suriyada bir sıra müvəffəqiyyətlər əldə edib. Lakin Rusiyanın hazırda iqtisadi gücünün Qərbə qarşı mübarizədə son qələbəyə yetəcək qədər güclü olmadığını düşünən ekspertlər hesab edirlər ki, Qərbin liberal dövlətləri dünyada təhlükəsizliyi təmin etmək məqsədi ilə ilk olaraq Rusiyanı ram etməlidirlər.

Hesabatda Çinin Qərb üçün Rusiyadan daha böyük təhlükə yaratdığı xüsusi olaraq vurğulanır. Çinin həm böyüyən iqtisadiyyatı, həm texnoloji imkanları, həm də təsir imkanları hər gün böyüməkdədir və bu Çin Qərb liberailizmi üçün əsas təhlükə olaraq göstərilir. Lakin ekspertlər düşünürlər ki, Rusiyanı ram etmədən Qərb dövlətləri Çinə qarşı açıq cəbhə almaqdan çəkinməlidirlər. Həmçinin o da vurğulanır ki, Qərbin resurrları və iqtisadi qüdrəti Rusiya və Çini yenmək üşün kifayət edəcək səviyyədədir.

Qeyd edək ki, 2015-ci ildən başlayaraq Münhen Təhlükəsizlik Konfransının ekspertləri hər il qlobal təhlükələrlə bağlı hesabat hazırlayırlar. 1963-cü ildən fəaliyyət göstərən Münhen Təhlükəsizlik Konfransı dünyanın ən nüfuzlu siyasi forumu hesab olunur. Daha əvvəl forumda dəfələrlə Azərbaycanı prezident İlham Əliyev təmsil edib. Bu il isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov səviyyəsində təmsil olunur.

Yaxın illərdə Rusiya ilə Qərb arasında qarşıdurmanın səviyyəsi artan templə davam edəcəksə, bu qarşıdurmanın MDB ölkələrinə, o cümlədən Azərbaycana hansı təsirləri olacaq və Rusiyanın resursları bu qarşıdurmanı sona qədər yürütmək üçün yetərlidirmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miriyə müraciət edib.

Natiq Miri: “Qərbin tətbiq etdiyi iqtisadi saksiyalarla Rusiyanın tez bir zamanda oyundan kənar vəziyyətə salınacağı iddiasını düşünmək çətindir”.

Əgər Rusiya sözün əsl mənasında oyundan çıxarılmış olsaydı, regionda tamamilə fərqli bir geosiyasi situasiyanın yaranacağını iddia edən politoloq bildirib ki, bu da postsovet məkanında bir çox münaqişələrin çözümünə gətirib çıxara bilər:

“Tramp ABŞ-da prezidentliyə gələndən sonra dünyada beynəlxalq münasibətlər sistemi demək olar ki, kökündən sarsılıb. Tramp Rusiyanın adamı olaraq təqdim edilsə də, bu gün həm beynəlxalq səviyyədə, həm də ABŞ Rusiya arasında böyük bir gərginliyin yaşanması faktdır. Həmçinin Vaşinqton Avroatlantik məkandan daha çox Sakit okean hövzəsində geosiyasi aktivliyini artırır və bu təbii ki, okean hövzəsində yerləşən və bu bölgədə ABŞ qədər nüfuza və gücə sahib olan Çinlə bağlıdır. Çünki bu gün ABŞ-ın iqtisadiyyatına, bütövlükdə hərbi gücünə həm Sakit okean hövzəsində, həm də bütün ən ciddi alternativ olan ölkələrdən biri, bəlkə də birincisi Çin dövlətidir.

Bu gün ABŞ-ın Çinlə mübarizəyə daha çox üstünlük verdiyi görünür. Əslində ABŞ ilə Şimali Koreya arasında yaşanan gərginliyi də təxminən Çinlə mübarizə kontektsində dəyərləndirmək lazımdır. Çünki Şimali Koreya tək öz başına nüvə qüdrətinə sahib olacaq ölkə deyil. ABŞ gözəl anlayır ki, bu məsələdə Çinin ciddi şəkildə barmağı var və bu rejim, yəni Şimali Koreya rejimi daha çox Çin dövlətinin nəzarətindədir.

Natiq Miri: “İran, Türkiyə kimi ölkələrin də bu cür nüvə silahlarının əldə edilməsi prosesinə qoşulacağı ehtimalı böyükdür”.

Münhen Təhlükəsizlik Konfransının hesabatından da görünür ki, ABŞ-la Çin, eyni zamanda ABŞla Rusiya arasında mübarizə getdikcə güclənə və dünya üçün qlobal təhlükələr çevrilə bilər. Bunun bariz nümunəsi artıq ortadadır. Bildiyimiz kimi bir tərəfdən ABŞ ortaməzilli raketlər müqaviləsinin ləğv olunması ilə bağlı anlaşmadan çıxdığını bəyan etdi. Bunun ardınca Rusiya da bu anlaşmadan çıxdığını elan etdi. Bu faktın özü də göstərdi ki, artıq yeni soyuq müharibə dönəminə girildi ki, bu da daha güclü, öldürücü silahların yeni modifikasiyalarının ortaya çıxması üçün bir yarışmanı görə biləcəyimiz vəziyyətini yaratdı.

Bu təkcə ABŞRusiya arasında olacaq bir hadisə deyil. Çünki bu qlobal dünya güclərindən öz təhlükəsizliyini təmin etmək üçün digər ölkələrə də sirayət edəcək. Yəni bu təkcə ABŞ-da Rusiyada deyil, eyni zamanda müsəlman ölkələrinin, İran, Türkiyə kimi ölkələri də nüvə silahları əldə edilməsi prosesinə qoşulamağa zorlayacaq. Buna ehtimalı böyükdür. Çünki əgər dünya gücləri yeni öldürücü silahlar, nüvə silahları istehsalı ilə məşğuldurlarsa, təbii ki, dünyanı təhdid edən bu iki qlobal gücün qarşısında digər ölkələr də müdafiəsiz qala bilməzlər.

Bəli, dünyada çox böyük təhlükəzilik problemi yaşanmaqdadır və bu problem həm Qərb-Rusiya, həm də ABŞ-Çin arasında mübarizədə özünü göstərir.

Natiq Miri: “Rusiya nə qədər iqtisadi sanksiyalara məruz qalsa da, regionda, xüsusi ilə də Yaxın Şərqdə və postsovet məkanında, Avropa Birliyinin sərhədləri yaxınlığında öz geosiyasi maraqlarını ciddi şəkildə müdafiə etməkdə davam edir və düşünürəm ki, edəcək”.

Rusiya ilə məsələnin tezliklə yoluna qoyulması məsələsinə gəlincə isə deyə bilərəm ki, mən bu məsələnin tezliklə yoluna qoyulacağını düşünmürəm. Çünki ən azından Rusiya nə qədər iqtisadi sanksiyalara məruz qalsa da, regionda, xüsusi ilə də Yaxın Şərqdə və postsovet məkanında, Avropa Birliyinin sərhədləri yaxınlığında öz geosiyasi maraqlarını ciddi şəkildə müdafiə etməkdə davam edir. Biz bunu Suriya prosesində də müşahidə edirik. Bidiyimiz kimi bu gün Suriya prosesində əsas həlledici amillərdən biri və bəlkə də birincisi məhz Rusiya dövlətidir.

İkinci məsələ isə, məlumdur ki, Avropanın tam sərhəddində, yəni Ukraynada bu gün Rusiya çox ciddi aktivlik nümayiş etdirir. Bu gün Ukraynanın Krım kimi əyaləti və Şərqi Ukrayna əyalətləri, Donetsk və Luqansk kimi vilayətlərdə demək olar ki, Rusiya öz hərbi, siyasi nəzarətini təmin edib. Həmçinin Ukrayna sərhədlərinə yeni hərbi güc toplamaqla Rusiya bu geosiyasi iddialarından vaz keçməyəcəyini ortaya qoyur.

Bu gün bu proses artıq Qafqazda, o cümlədən Şimali Qafqazda da müşahidə olunur. Yəni bu gün hələ də Rusiya Cənubi Qafqazı, bütövlükdə Qafqazı özünün arxa bağçası hesab etdiyi üçün bu bölgədə Qərbə yönəlik hər hansı bir güzəştə getməyəcəyini ortaya qoyur. Buna görə də Qərbin tətbiq etdiyi iqtisadi saksiyalarla Rusiyanın tez bir zamanda oyundan kənar vəziyyətə salınacağı iddiasını düşünmək çətindir.

Natiq Miri: “Postsovet məkanında, yəni Moldovada, Ukraynada, eyni zamanda Gürcüstanda və Azərbaycanda suni surətdə Rusiya tərəfindən yaradılan bir çox münaqişələr məhz Rusiya istəmədiyi üçün artıq 30 ilə yaxındır ki, öz həllini tapmır”.

Düşünürəm ki, Rusiya digər bölgələr, regionlar kimi Cənubi Qafqaz bölgəsi, eyni zamanda postsovet məkanında, Orta Asiyada da öz geosiyasi maraqlarını müdafiə etməyə davam edəcək.

Təbii ki, əgər Rusiya sözün əsl mənasında oyundan çıxarılmış olsaydı, regionda tamamilə fərqli bir situasiyanın yaranacağını iddia etmək olardı ki, bu da postsovet məkanında bir çox münaqişələrin çözümünə gətirib çıxara bilərdi. Çünki postsovet məkanında, yəni Moldovada, Ukraynada, eyni zamanda Gürcüstanda və Azərbaycanda suni surətdə Rusiya tərəfindən yaradılan bir çox münaqişələr məhz Rusiya istəmədiyi üçün artıq 30 ilə yaxındır ki, öz həllini tapmır.

Bir daha qeyd edim ki, Rusiya təsirsiz hala gətirildiyi təqdirdə və xüsusilə də postsovet məkanı, o cümlədən Cənubi Qafqaz Rusiyanın təsiri altından çıxarılmış olsaydı, təbii ki, bu münaqişələrin çözümü üçün yeni bir geosiyasi situasiyanın yaranacağını iddia etmək olardı. Amma Rusiyanın tez bir zamanda prosesdən çıxarılacağını hələlik düşünə bilmirəm. Yəni bu yöndə əlamətlər mövcud deyil. Rusiyanın öz geosiyasi maraqlarından vaz keçən bir ölkə kimi də görsəndiyini qətiyyən iddia etmək mümkün deyil”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar