Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Münhen Təhlükəsizlik Konfransı başa çatıb

Almaniyada 56-cı Münhen Təhlükəsizlik Konfransı başa çatıb...

14-16 fevral tarixlərində keçirilən konfransda 150 dövlət başçısı, baş nazir və hökumət üzvləri də daxil olmaqla, 800-dən çox nümayəndə iştirak edib.

Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinqer konfrans çərçivəsində debatların təşkilinə nail olduqlarını söyləyib: “Kimsə debatlarla razılaşdı, kimsə də razılaşmadı. Biz tədbirin məhz belə keçməsini istəyirdik”.

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı 1963-cü ildə NATO-ya üzv ölkələrin müdafiə qurumlarının nümayəndələrinin iclası kimi keçirilməyə başlayıb. Hazırda Münhen Təhlükəsizlik Konfransı siyasətçilər, diplomatlar, hərbçilər, biznesmenlər, elm və ictimaiyyət xadimlərinin diskussiya forumuna çevrilib. Münhen Təhlükəsizlik Konfransının yekununda bəyannamə və hər hansı razılaşma imzalanmır. Konfrans dünya səviyyəsində siyasətçilər və diplomatlar üçün görüşlərin keçirilməsi və müzakirələrin aparılması üçün neytral məkan sayılır.

Dünya mediası 56-cı Münhen Təhlükəsizlik Konfransında isə Azərbaycan Prezidenti İlham ƏliyevErmənistan baş naziri Nikol Paşinyan arasında debata daha çox diqqət ayırıb.(apa)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar