Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mühasirəyə düşmə videosu yayılan hərbçi Şuşa istiqamətində şəhid olub - Video

Mühasirəyə düşmə videosu yayılan hərbçi şəhid olub. O, Füzuli rayonunun Kərimbəyli kəndindən olan 1989-cu il təvəllüdlü Qoşqar Vəliyevdir.

Qardaşı Tural Vəliyev Pravda.az-a açıqlamasında deyib ki, Qoşqar Vəliyev Şuşa istiqamətində şəhid olub.

“O, 11 il idi ki, müddətdən artıq həqiqi hərbi xidmət (MAXE) keçirdi. Təsəvvür edin, xidmətdə olduğu yerlərdən birində 10 ay qar suyu içib... Dəfələrlə döyüş əməliyyatlarında iştirak edib, 2016-cı ilin Aprel döyüşlərində peşəkar tankçı kimi şücayət göstərib. İkinci Qarabağ müharibəsindən əvvəl təlimə qatılmışdı, Milli Qəhrəman Şükür Həmidov (Qubadlı istiqamətində şəhid olub – red) onu mükafatlandırmışdı. Döyüşlərdə 22 mərmi ilə dəqiq atəşlə düşmənin 19 postunu dağıtmışdı.

Vətən Müharibəsinin ilk günlərində Cəbrayıl rayonunun Nüzgar kəndi istiqamətində düşmənin müdafiə xəttini yaranlardan olub. Orada mühasirəyə düşürlər, Qoşqar yaralanır, ağır kəllə-beyin travması alır (kantuziya zədəsi), amma çıxa bilir. Sosial şəbəkələrdə yayılan video həmin vaxt çəkilib. Xəstəxanada müalicə alırdı, dayanmadı, yenə döyüşə getdi. Dedik, müalicə al, dedi, yox, dayana bilmərəm. Yenə yaralandı. Oktyabrın 23-də səhər danışmışdıq. Dedi, Şuşa istiqamətində gedirik, mənə zəng çatmayacaq, narahat olmayın. Elə o istiqamətdə şəhid oldu. Sonuncu dəfə danışanda xoş-əhval ruhiyyədə idi... Onun hər gəlişi bizim üçün xatirə idi. Vətənini canından çox sevirdi. Qonşusu tank yoldaşı idi, şəhid olmuşdu. Ona görə də çox pis sarsılmışdı. Şəhidin qardaşına demişdi ki, arzu edirəm, kəndə şəhid gəlməsin, əgər gələrsə, dostumun yanında mənə yer saxlayarsan...Qoşqar elə öz kəndimizdə dəfn edildi...” – şəhidin qardaşı belə deyib.

Qoşqar Vəliyevin iki azyaşlı övladı var, böyük övladı oğlandır, 6 yaşı var, kiçik övladı isə qızdır, 3 yaşı var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar