Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibələrin tarixini dəyişdirən silah - Azərbaycan və Türkiyə ordularında HIMARS-ın anoloqu olan silahlar var?

Gələcək müharibələrin taleyini yüz kilometrlərlə uzaqdan dəqiq zərbələr endirən yaylım atəş qurğuları həll edəcək...

Hərbi-ekspert: “Ukraynada kifayət qədər uğurla istifadə olunan, ABŞ istehsalı olan HIMARS sistemləri Rusiya üçün müəyyən problemlər yaradır. Lakin onların sayı hələ də arzuolunan səviyyəyə çatdırılmayıb”.

Azərbaycan ordusunda HIMARS olmasa da, HIMARS-dan çox sonra istehsal edilən və daha müasir İsrail, Türkiyə reaktiv yaylım atəş sistemləri mövcuddur. Onların sayı hətta, ehtiyac duyulandan da artıqdır”.

Bu sözləri hərbi-ekspert Ədalət Verdiyev ordumuzda zamanın tələbinə çevrilən silahlardan hansıların olmasını PİA.az-a şərh edərkən qeyd edib.

Son zamanlar Ukrayna müharibəsinin gedişində diqqət çəkən məsələlərdən biri odur ki, HIMARS tipli silahlar çox effektivdir və bu silahlara qarşı Rusiya müdafiə sənayesi faktiki olaraq gücsüz duruma düşüb. Belə görünür ki, gələcək müharibələrin taleyini də məhz yüz kilometrlərlə uzaqdan dəqiq zərbələr endirən yaylım atəş qurğuları həll edəcək.

Azərbaycan və Türkiyə ordularının HIMARS-ın anoloqu olan silahlarla silahlanması ilə bağlı vəziyyət nə yerdədir? Ordumuz zamanın tələbinə çevrilən bu silahlarla təmin olunubmu?

Mövzunu PİA.az-ın əməkdaşı hərbi-ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Biz müharibə zamanı erməni işğalçılarına qarşı Belarus istehsalı olan Polonez sistemlərindən, TOZ-1 odsaçanlarından, BM-30 smerç kompleksindən, Türkiyənin T-300 qasırğa, TREG-230 reaktiv yaylım atəş sistemləri ilə bərabər, həm də İsrail istehsalı olan Ekstra, Lynx və LAR kompleksindən kifayət qədər uğurla istifadə etdik”.

Türkiyə və İsrail silahlarının dəqiqliyi hazırda heç də Ukraynadakı HIMARS-lardan geri qalmadığını vurğulayan ekspert bildirib ki, əslinə bu sistemlər idarəolunan raketlər atmaqla, daha yüksək dəqiqliklə məhv etmək imkanına malikdir:

“Müasir müharibələrdə pilotlu və pilotsuz aviasiyalarla bərabər arteriya sistemləri də mühim rol oynayır. Vətən müharibəsinin təcrübəsi də göstərdi ki, uzaq məsafələrdə yerləşən düşmənin vacib obyektlərini, o cümlədən hərbi bazalarını, aerodromlarını, dayanacaqda olan aviasiya vasitələrini, rabitə qovşaqlarını, körpüləri və digər mühüm əhəmiyyət kəsb edən hərbi obyektləri məhv etmək üçün arteriya çox uyğun bir vasitədir.

Ukraynada da kifayət qədər uğurla istifadə olunan, NATO istehsalı olan HIMARS sistemləri Rusiya üçün müəyyən problemlər yaradır. Lakin onların sayı hələ də arzuolunan səviyyəyə çatdırılmayıb. Buna görə də Ukrayna ordusu genişmiqyaslı hücum əməliyyatları həyata keçirə bilmir.

Ədalət Verdiyev: “Hazırda Azərbaycan ordusunun silahlanmasında mövcud olan reaktiv yaylım atəş sistemləri 20 ilə 200 km arasında yerləşən hədəfləri yüksək dəqiqliklə məhv etməyə imkan verir”.

Azərbaycanın reaktiv yaylım atəş sistemləri təchizatına gəldikdə isə Azərbaycan ordusu bir çox ölkələrdən bu tip arteriya sistemlərini əldə edib. Azərbaycan onları Vətən müharibəsi zamanı kifayət qədər uğurla tətbiq etdik. Biz müharibə zamanı erməni işğalçılarına qarşı Belarus istehsalı olan Polonez sistemlərindən, TOZ-1 odsaçanlarından, BM-30 smerç kompleksindən, Türkiyənin T-300 qasırğa, TREG-230 reaktiv yaylım atəş sistemləri ilə bərabər, həm də İsrail istehsalı olan Ekstra, Lynx və LAR kompleksindən kifayət qədər uğurla istifadə etdik.

Bundan başqa Azərbaycan ordusunda Çexiyanın “Vampir”, Azərbaycanın yerli “Leysan” və Türkiyənin TBR-107 yaylım atəş sistemləri də mövcuddur. Azərbaycan ordusunda HIMARS olmasa da, HIMARS-dan çox sonra istehsal edilən və daha müasir İsrail, Türkiyə reaktiv yaylım atəş sistemləri mövcuddur. Onların sayı hətta, ehtiyac duyulandan da artıqdır. Türkiyə və İsrail silahlarının dəqiqliyi hazırda heç də Ukraynadakı HIMARS-lardan geri qalmır. Əslinə bu sistemlər idarəolunan raketlər atmaqla, daha yüksək dəqiqliklə məhv etmək imkanına malikdir. Hazırda Azərbaycan ordusunun silahlanmasında mövcud olan reaktiv yaylım atəş sistemləri 20 ilə 200 km arasında yerləşən hədəfləri yüksək dəqiqliklə məhv etməyə imkan verir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar