Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibələr Amerikaya neçəyə başa gəir?

ABŞ-ın Braun Universiteti son 20 ildə – 2001-ci ilin 11 sentyabrında ölkədə törədilən terror aktlarından sonra Amerikanın Əfqanıstanda, İraqda və Suriyada apardığı hərbi əməliyyatlara çəkdiyi xərcləri hesablayıb.

Novator.az-ın məlumatına görə, ABŞ-ın “USA Today” qəzetində dərc edilən məqalədə deyilir ki, Amerika dövləti Əfqanıstan, İraqSuriya əməliyyatlarına çəkdiyi xərclərlə bağlı heç vaxt tam hesablama aparmayıb.

Braun Universiteti tədqiqatçılarının hesablamalarına görə isə ABŞ hərbi əməliyyatlara ümumilikdə 5,8 trilyon dollar xərcləyib. Buraya tək birbaşa yox, dolayı yolla çəkilən xərclər, məsələn, milli təhlükəsizlik xərcləri, habelə həlak olan amerikalı hərbçilərin ailələrinə ödənilən müavinətlər daxildir.

Braun Universiteti Əfqanıstandakı müharibənin ABŞ-a 2,3 trilyon dollara başa gəldiyini vurğulayır. Amerika ordusu Əfqanıstandan tam çıxarılana qədər ABŞ dövlətinin bu ölkədən 123 min insanı təxliyə etməsinə çəkdiyi xərclər göstərilən rəqəmə – 2,3 trilyon dollara daxil deyil.

ABŞ ordusu artıq Əfqanıstanı tərk etsə də, bəzi xərcləmələr hələ davam edir. Məsələn, müharibə veteranlarına daimi tibbi yardımlar göstərilir və sair.

“USA Today” yazır ki, avqustun 31-i ABŞ prezidenti Cozef Bayden Braun Universitetinin 2,3 trilyonluq xərcə dair hesabatını amerikalı hərbçilərin Əfqanıstandan çıxarılması qərarını əsaslandıran arqument kimi göstərib. O, son 20 ildə ABŞ-ın Əfqanıstanda çəkdiyi gündəlik xərcin 300 milyon dollar təşkil etdiyini vurğulayıb.

Bayden ABŞ-ın Əfqanıstanda qeyri-müəyyən müddətə az sayda hərbi qüvvə saxlamalı olduğunu iddia edənlərlə razılaşmadığını deyib: “Heç bir müharibə risksiz və ucuz başa gəlmir”.

Braun Universitetinin hesabatına görə, bu yaxınlarda təxliyə zamanı həlak olan 13 nəfər də sayılmaqla Əfqanıstan müharibəsində 2400 amerikalı hərbçi həlak olub.

Hesabatda Əfqanıstanda son 20 ildə aparılan müharibədə 46 min dinc insanın öldürüldüyü bildirilir.

Braun Universitetinin hesablamasına görə, İraqSuriyadakı müharibələr ABŞ-a 2 trilyon dollara başa gəlib. Somalidə və Afrikanın digər ərazilərində aparılan antiterror əməliyyatlarına isə Amerika dövlətinin 335 milyard dollara yaxın vəsait xərclədiyi deyilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar