Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibədən zərər çəkən ailələrə psixososial dəstək verilməsinə başlanıldı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və iştirakı ilə 2020-ci ilin noyabr ayından etibarən müharibədən zərər çəkən ailələrə yardım məqsədilə psixososial dəstək layihəsi həyata keçirilir.

Dövlət Komitəsindən bildirilib ki, layihə çərçivəsində GoranboyAğdam rayonlarında müharibədən zərər görən 600-dən çox ailəyə səfər edilib, sorğu anketi əsasında tibbi-sosial-hüquqi problemlər araşdırılıb.

GoranboyAğdam Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin sosial işçi və psixoloqlarının iştirakı ilə Ağdamın Dördyol 1 qəsəbəsində, Goranboyun Tapqaraqoyunlu, Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələrində ailələrin qiymətləndirilməsi aparılıb.

Ümumilikdə 1441 nəfərin ilkin psixo-emosional vəziyyəti qiymətləndirilib, risk qrupunda olan uşaq və analarla fərdi və qrup terapiyası işi həyata keçirilməkdədir. Mərkəz əməkdaşları Tərtər rayonundan olan ailələrə də səfər edib.

Bundan əlavə, Goranboy UADM-ın əməkdaşları könüllü olaraq noyabr ayından etibarən Naftalan şəhər Reabilitasiya Mərkəzində müharibədən əziyyət çəkmiş ailələr, şəhid ailələri, müharibə qaziləri və onların ailə üzvləri ilə psixososial iş aparılmaqdadır.

Qeyd edək ki, müharibə dövründə də Ağdam, GoranboyGöygöl Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin nümayəndələri müvəqqəti sığınacaqlara yerləşdirilən ailələrlə qeyd olunan istiqamətlərdə iş aparıblar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar