Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibədə uduzan Ermənistan niyə sülh istəmir? - Nəyə ümid edirlər?..

Ermənistan müharibəyə daha nə qədər dözüm gətirə biləcəklər?..

Hərbi ekspert: “Ermənistan ümid edir ki, 1990-cı ildəki kimi axır anda rus ordusu gəlib onların yerinə hər şeyi edəcək”.

Ermənistan ordusunun gücü gündən günə azalır. Buna görə də onlar cəbhədə döyüşə uzun müddət davam gətirə bilməyəcəklər”.

Bu sözləri hərbi ekspert Azad İsazadə Ermənistanın müharibəni uduzmasın baxmayaraq hələ də davam etməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Prezident İlham Əliyev son zamanlar verdiyi bütün müsahibəsində və çıxışlarında atəşkəslə bağlı bildirir ki, vəziyyətin hələ də qaynar fazada olması bizim təqsirimiz deyil. Prezident Azərbaycanın nizamlama prinsiplərinə sadiq olduğunu dəfələrlə vurğulayıb: “Bu prinsiplər çoxillik danışıqlar prosesində işlənib hazırlanıb. Mən öz açıq çıxışlarım və bu günlərdə mətbuat nümayəndələri ilə əlaqələrim çərçivəsində təsdiq etmişəm ki, əgər Ermənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa, biz günü sabah hərbi əməliyyatları dayandırmağa hazırıq. Lakin Yerevandan eşitdiyimiz bəyanatlar ATƏT-in Minsk qrupu tərəfindən hazırlanmış baza prinsiplərinə tamamilə ziddidir. Ermənistan rəhbərliyi lap yaxın vaxtlarda baza prinsiplərini faktiki olaraq təkzib edən çox təhlükəli bəyanatlarla çıxış edib. Prinsip etibarilə, Ermənistanın yeni rəhbərliyinin bütün fəaliyyəti danışıqlar prosesinin pozulmasına yönəlib. Bu prosesi zəiflətməyə yox, məhz pozmağa. Mən onların çoxsaylı bəyanatları, təhrikçi hərəkətləri və Azərbaycanın dinc əhalisinə hücumları barədə danışmışam. Buna görə də, əgər erməni tərəfi nəhayət başa düşsə ki, hərbi təxribatlar yolu onları fəlakətə aparır, biz hərbi əməliyyatları yenidən dayandırmağa və məsələni danışıqlar masası arxasında həll etməyə hazırıq”, - deyə Azərbaycan Prezidenti əlavə edib.

Artıq neçənci dəfədir ki, prezident tərəfindən ermənilərə ədalətli sülh təklifi edilir, amma görünən odur ki, Ermənistan məğlub olmasına baxmayaraq sona qədər döyüşmək istəyir. Sizcə Ermənistan müharibəyə daha nə qədər dözüm gətirə biləcək və son dəqiqəyə qədər ermənilər nəyə ümid edirlər? Hazırkı hərbi potensealla ermənilər cəbhədə hər hansı dəyişikliyə nail ola bilərlər?

Mövzu ilə əlaqədar PİA.az-ın əməkdaşı hərbi ekspert Azad İsazadəyə müraciət edib.

Azad İsazadə: “Ermənilər düşünürlər ki, Azərbaycan ordusu əraziləri işğaldan azad edəndən sonra onlara qarşı zülm edəcəklər. Bunu da beynəlxalq aləmdə bayraq kimi istifadə edəcəklər”.

Danışıqlarda ən vacib məsələnin Azərbaycanın qaçqınlarının öz evlərinə qayıtması olduğunu xatırladan hərbi ekspert PİA.az-a açıqlamasında bildirib ki, Azərbaycan Qarabağa 50 min əhali qaytarsa, 10 ildən sonra 50 min 75 min olacağını Ermənistan başa düşür. Onlar isə tərsinə olaraq azalacaqlar:

“Sözsüz ki, Ermənistan ordusunun gücü gündən günə azalır. Buna görə də onlar cəbhədə döyüşə uzun müddət davam gətirə bilməyəcəklər.

Ermənistan ümid edir ki, beynəlxalq təzyiqlər altında Azərbaycanı dayandıra bilər. Həmçinin ermənilər düşünürlər ki, Azərbaycan ordusu əraziləri işğaldan azad edəndən sonra onlara qarşı zülm edəcəklər. Bunu da beynəlxalq aləmdə bayraq kimi istifadə edəcəklər. Yəni onlar düşünürlər ki, itkiləri faciəvi xarakter daşısa, Azərbaycan təzyiq altına düşəcək. Ermənistanı yeganə xilas edəcək məqam bunlardır.

Ermənistan danışıqlara ona görə getmir ki, danışıqlarda ən vacib məsələ Azərbaycan qaçqınlarının öz evlərinə qayıtmasıdır. Azərbaycan erməni qaçqınlarının da orada qalmasına razıdır. Amma say baxımından Azərbaycan qaçqınları çoxdur. Həm də demoqrafik baxımından Azərbaycan ailələrində artım çoxdur. Ermənistan başa düşür ki, bu gün Azərbaycan Qarabağa 50 min əhali qaytarsa, 10 ildən sonra 50 min 75 min olacaq. 20 ildən sonra isə 100-150 min olacaq. Onlar isə tərsinə olaraq azalacaqlar. Buna görə də Ermənistan bilir ki, əhalisini Qarabağda saxlaya bilməyəcək. Əhali ya qaçaçaq, ya da Qarabağa qayıtmayacaqlar. Ermənistan bu problemi həll edə bilməyəcək. Ermənistan ümid edir ki, nə qədər çox vaxt udsalar, bəlkə nəysə dəyişə bilər.

Azad İsazadə: “Ermənistan texnoloji olaraq çox geridə qalıb. Buna görə də əks hücum edəndən sonra uduzaraq daha çox torpaq verirlər”.

Ermənistan hazırkı hərbi potensealla hər hansı dəyişikliyə nail ola bilməzlər. Ermənistan hansısa zərbəni vurmağa çalışacaq. Onlar indi çalışırlar ki, Azərbaycan ordusunun azad etdiyi kəndlərə əks hücumlar edib yenidən kəndləri işağl edələr. Amma onların bu cəhdləri alınmır. Ermənistan texnoloji olaraq çox geridə qalıb. Buna görə də əks hücum edəndən sonra uduzaraq daha çox torpaq verirlər.

Onu da qeyd edim ki, Ermənistan həm də ümid edir ki, 1990-cı ildəki kimi axır anda rus ordusu gəlib onların yerinə hər şeyi edəcək”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar