Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibədə ayrı düşən bacılar 78 il sonra qovuşdular - Video

Bir-birindən ayrı düşən bacılar 78 il sonra qovuşublar...

“HaberGlobal”ın xəbərinə görə, bacılar İkinci Dünya Müharibəsi vaxtı ayrı düşüblər.

1942-ci ildə Stalinqrad döyüşü zamanı tank istehsal edən zavodun bombalanması zamanı orada işləyən 13 yaşlı Julia və bacısı - 15 yaşlı Rosalina təxliyə olunarkən fərqli istiqamətlərə aparılıblar.

Onlar 78 il ərzində heç vaxt əlaqə saxlaya bilməyiblər. Bir-birindən məlumat ala bilməyən bacılar doğmasının öldüyünü zənn ediblər.

Onlardan biri Rusiyanın Çelyabinsk vilayətinə, digəri isə Özbəkistana göndərilib. 78 il sonra isə bir polis əməkdaşının köməkliyi ilə bacılar görüşə biliblər.

Hazırda 93 yaşı olan Rosalina 2014-cü ildə müharibə zamanı bir-birini itirən şəxslərin qovuşması üçün yaradılan “Gözlə məni” adlı internet saytında bacısı haqqında elan verib. Bu elanı isə 91 yaşlı Julianın nəvəsi görüb və bu barədə nənəsinə məlumat verib. Sonra polisə müraciət edilib və arxiv sənədləri əsasında aparılan araşdırma zamanı onların bacı olduğu dəqiqləşib. Daha sonra bacılar Çelyabinskdə Rosalinanın evində görüşüblər.

pia.az


Etiket: müharibə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar