Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibə yoxsa diplomatiya: Trampın yeni müşaviri Robert O’Brayan kimdir?..

Politoloq: “Yeni vəzifəyə gətirilən müşavir Robert O’Brayan Trampın yürütdüyü siyasətə sadiq qalacaq”

“Tramp adminstrasiyası çalışacaq ki, İranla fəal müharibədən çəkilsin. Ona görə də öz komandasına loyal siyasətçiləri gətirir”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Donald Trampın Robert O’Brayanı yeni milli təhlükəsizlik müşaviri seçməsini PİA.az-a şərh edərkən qeyd edib.

Donald Tramp Robert O’Brayanı yeni milli təhlükəsizlik müşaviri seçib. O'Brayan bu vəzifədə ötən həftə işdən kənarlaşdırılmış Con Boltonu əvəzləyəcək.

“Mən hazırda Dövlət Departamentində Girovlar Üzrə Xüsusi Prezident Elçisi qismində çox uğurla fəaliyyət göstərən O'Brayanı yeni Milli Təhlükəsizlik Müşaviri təyin edəcəyimi məmnunluqla elan edirəm”, deyə Tramp yazıb.

Trampın dördüncü milli təhlükəsizlik müşaviri olacaq O'Brayan beş namizəd içərisindən seçilib.

Xatırladaq ki, 2005-ci ildə Prezident Buş O'Brayanı BMT Baş Assambleyasına nümayəndə təyin etmişdi ki, bu vəzifədə O'Brayan ABŞ-ın BMT-də həmin vaxt səfiri olan Con Boltonla işləmişdi.

Trampın Con Boltonla razılaşmadığı məsələlərdə O'Brayanla razılaşacağını təxmin etmək olar? Həmçinin O'Brayanın müşavirliyi ilə İran-ABŞ münasibətlərində gərginliyin səngiməsi gözləniləndir?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə müraciət edib.

Məhəmməd Əsədullazadə: “Boltondan fərqli olaraq O’Brayan hücum əvəzinə diplomatiyaya üstünlük verəcək”.

İranla münasibətlər son olaylara görə ciddi bir mərhələyə keçdiyini xatırladan politoloq düşünür ki, Tramp Adminstrasiyası çalışacaq ki, İranla fəal müharibədən çəkinsin. Çünki, qarşıdan seçkilər gəlir və müharibəyə gedərsə, Trampın ikindi dəfə seçilməsi mümkün olmaz:

Donald Tramp elə bir şəxsdir ki, öz dediklərinin reallaşmasına çalışır. Onun son illərdə komandasına gətirdiyi şəxslər əsasən öz müstəqil iradələrinə sahib olan şəxslər idi. Təhlükəsizlik üzrə müşavir Boltonda müstəqil öz iradəsi ilə hərəkət edən siyasətçi idi. Tramp Şimali Koreya və İranla bağlı diplomatik danışıqlara üstünlük verirdi. Amma, Bolton hücum siyasətinə üstünlük verirdi.Trampla Bolton arasında son aylarda Taliban arasında dialoq, İranla qarşıdurmadan diplomatiyaya keçid Boltonla Tramp arasında kəskin fikir ayrılıqlarına səbəb oldu.

Tramp çalışır ki, onun komandası onun dedikləri ilə razılaşsın.Yeni vəzifəyə gətirilən müşavir Robert O’Brayan məhz Trampın siyasətinə sadiq qalacaq. Boltondan fərqli olaraq O’Brayan hücum əvəzinə diplomatiyaya üstünlük verəcək.

İranla münasibətlər onsuzda son olaylara görə ciddi bir mərhələyə keçib. Amma, Tramp Adminstrasiyası çalışacaq ki, İranla fəal müharibədən çəkinsin. Ona görə də öz komandasına loyal siyasətçiləri gətirir. Çünki, qarşıdan seçkilər gəlir və müharibəyə gedərsə, onun seçilməsi mümkün olmaz”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar