Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibə şərtləri altında Ermənistan iqtisadiyyatını nə gözləyir?

Ermənistan iqtisadiyyatı müharibəyə tab gətirə biləcəkmi?..

Ekspert: “Ermənistan Azərbaycanın torpaqlarında xarici şirkətlərin hesabına qurduqları mədənlərdə faydalı qazıntıları istismar edirdi və bunun hesabına yaşayırdı”.

“Düşmən ölkənin Qarabağ müharibəsindən çox ciddi ziyanla çıxacağı hamıya məlumdur”.

Bu sözləri iqtisadçı Nazim Bəydəmirli Ermənistanın müharibədən sonra iqtisadiyyatının vəziyyətini PİA.az-a şərh edərkən qeyd edib.

Prezidenti İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib.

Müsahibəsində prezident bildirib ki, Azərbaycan Qarabağ müharibəsində artilleriyadan, geniş çeşiddə hərbi avadanlıqdan istifadə edir. Lakin təkcə dronlar Ermənistana 1 milyard dollar ziyan vurub. Bu, onlar üçün ciddi ziyandır. Mənə maraqlıdır onlar bütün bu avadanlığı almaq üçün bu qədər pulu haradan tapıblar, çox güman ki, onu pulsuz əldə ediblər”.

Bildiyimiz kimi onsuz da pandemiya və başqa səbəblərdən Ermənistan iqtisadiyyatı yaxşı vəziyyətdə deyildi. İndi də müharibənin onlara vurduğu ziyanları nəzərə alsaq, Ermənistan iqtisadiyyatını nə gözləyir?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı Nazim Bəydəmirli ilə müzakirə edib.

Nazim Bəydəmirli: “Ermənistan Cənubi Qafqazda illərdir Rusiyanın apardığı “imperiya” siyasətinin qurbanı olub”.

Uzunmüddətli müharibə aparmaq üçün bir ölkənin kifayət qədər valyuta ehtiyatlarının gərəkdiyini diqqətə çatdıran iqtisadçı PİA.az-a açıqlamasında bildirib ki, Ermənistanın xarici borcu kifayət qədər yüksəkdir və erməni tərəfin xarici borcu qaytarmaq imkanları məhdudlaşır. Ermənistan uzunmüddətli müharibə aparsa, bu insan itkisi ilə bərabər, həm də böyük vəsait tələb edəcək:

“Onsuz da düşmən ölkənin iqtisadiyyatını Rusiya alıb. Ermənistan xarici ianələrin hesabına ayaqda dururdu. Buna heç kəs şübhə etmir.

Ermənistan mədən sənayesi məhsullarını, o cümlədən Azərbaycanın torpaqlarında xarici şirkətlərin hesabına qurduqları mədənlərdə faydalı qazıntıları istismar edirdi və bunun hesabına yaşayırdı.

Məlumdur ki, Ermənistan müxtəlif layihələrdən kənarda qalmışdı. Amma bu reallıqlar əsas vermir ki, biz düşməni lazımınca qiymətləndirməyək. Təbii ki, uzunmüddətli müharibə aparmaq üçün ölkənin kifayət qədər valyuta ehtiyatları olmalıdır. Verilən məlumata görə isə Ermənistanın xarici borcu kifayət qədər yüksəkdir və ölkənin xarici borcu qaytarmaq imkanları məhdudlaşır. Ermənistan uzunmüddətli müharibə aparsa, bu insan itkisi ilə bərabər həm də böyük vəsait tələb edəcək.

Nazim Bəydəmirli: “Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə aparmaqla bərabər bizim iqtisadiyyatımıza ciddi ziyan vurub”.

Çox təəssüf edirəm ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə aparmaqla bərabər bizim iqtisadiyyatımıza ciddi ziyan vurub. Apardığımız tədqiqatlara görə təxminən 350 milyard dollardan yuxarı Qarabağ ərtafı və Qarabağda olan hiperstrukturumuza, insanların şəxsi əmlaklarına ziyan dəyib. Ermənistan tərəfindən Azərbaycana vurulan ziyan hətta bundan da artıqdır. Çünki hər il bunlar indeksasiya olunur.

Düşmən ölkənin Qarabağ müharibəsindən çox ciddi ziyanla çıxacağı hamıya məlumdur. Azərbaycan dövlətinin illərdir dilə gətirdiyi siyasət o idi ki, Ermənistan işğal altında olan torpaqlarımızın könüllü azad etsinlər. Ermənistan işğalçı ordusu Qarabağdan çəkilsin və Qarabağdan məcburi köçkün düşmüş 1 milyona yaxın soydaşlarımızın geri qayıtsınlar. Bundan sonra isə Ermənistan bizim iqtisadi layihələrdə birgə iştirak etsin.

Qeyd edim ki, Ermənistan Cənubi Qafqazda illərdir Rusiyanın apardığı “imperiya” siyasətinin qurbanı olub. Azərbaycan isə öz torpaqlarını işğaldan azad edir. Dünya ölkələri də bunu anlamalıdır ki, Azərbaycan heç vaxt işğalnan barışmayıb və barışmayacaq da”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar