Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibə həyəcanı və Boltonun qarışdırdığı kartlar...

Son dövrlərdə ABŞ-a baxdıqda önə çıxan tək bir şəxs var - Con Bolton...

Ergün Diler
“Takvim, qəzeti” Türkiyə, 17 may 2019-cu il

ABŞ-da İranla bağlı çox qəribə ssenarilər ortaya atmağa başlayıb. Manşetlərdə və ya köşə yazılarında çoxlu uydurmalar yer alıb. Nə baş verəcəyini bilmək olmaz, amma təzyiq hər yerdə yüksəkdir.

Avropa, şübhəsiz ki, böyük bir güc və mədəniyyətdir. Lakin Avropa dünyanın mərkəzi olandan bu yana müharibə heç əksik olmayıb.

I və II dünya müharibələrinə bir nəzər salın! 25 il ərzində iki böyük müharibə baş vermişdi. İkinci müharibədən sonra İsrail ortaya çıxmış, ABŞ və Sovet hökuməti isə balansı qurmuşdu. Hər kəs nəfəsini tutaraq 45 il keçirib. Tezis ilə anti-tezis qarşı-qarşıya gəlib. Amma heç bir müharibə baş verməyib. Lakin bundan sonra Qorbaçov və pulun sahibləri gəlib Sovet hökumətini dağıtmışdı.

Londonda yerləşən pul elitistləri iqtisadiyyat vasitəsilə hər yeri, hər kəsi idarə etmək iddiasında idi.

İşçi-məmur olan ruslardan bəziləri birdən-birə milyarder olmuşdular. Artıq hamısı oliqarx idi.

Sonra Putin hakimiyyətə gəldi və buna düzəliş etdi. Milli olmayan hər kəsi göndərdi. ABŞ da neft qiymətlərini artıraraq Putini gücləndirdi.

ABŞ dünən də, bu gün də özünə aid olmayan pulu xərcləyib. Yəni büdcə kəsri çox böyük idi.

ABŞ II dünya müharibəsində atom bombası atdığı Yaponiyanı niyə xilas edib? Eyni şəkildə ideologiyasına görə həmişə, hər yerdə toqquşduğu Çinə niyə dəstək verib? Hər iki ölkə də ixracat baxımından ABŞ sayəsində ayaq üstə dururdu. Çünki iki ölkənin də əlavə pulları ABŞ maliyyə bazarına daxil olurdu. Amerikalının rahatlığı da buna görə idi.

Silahlı qüvvələri o qədər güclü idi ki, heç kim ABŞ-a verdiyi pulları, yəni ABŞ birjalarına, xəzinə talonlarına qoyduqları pulu geri istəmirdi. Bu da ABŞ-ın büdcə kəsrlərini bağlamasına kömək edirdi.

Dollar ən önəmli silah idi. Lakin bunun hər zaman belə davam etməyəcəyini ən yaxşı ABŞ bilirdi. Eyni zamanda, Çin də bunu başa düşürdü.

Çin gözləniləndən çox daha sürətlə böyüdü və qarşısı alına bilmədi. Lakin Çin dayanmasa, ABŞ dayanmalı olacaqdı. ABŞ artıq kənardan gələn, özünə aid olmayan pullarla davam edə bilməzdi. Həmlə bu idi və nəhəng kimi qalmaq üçün çox şey edilməli idi!

Son dövrlərdə ABŞ-a baxdıqda önə çıxan tək bir şəxs var - Con Bolton! Ankaraya gəldiyi vaxt Tayyib bəyin görüşmək istəmədiyi şəxs...

ABŞ-Venesuela, ABŞ-İran, ABŞ-Çin, ABŞ-Türkiyə, ABŞ-Fransa gərginliklərinin mərkəzində duran Bolton bir neçə gün əvvəl ABŞ-ın əvvəlki Xarici İşlər Naziri Madlin Olbraytla görüşüb. Görüş İranla bağlı idi.

Olbraytın İranla bağlı düşüncələrini bilmək istəyən Bolton gözlədiyi cavabı alıb. Olbraytın 2015-ci ildə mediaya sızdırılan səsyazmasında deyilirdi: “İraqda 500 min uşaq öldü, amma buna dəydi. Çünki ABŞ əməliyyat keçirmək məcburiyyətində idi və bunu etdi”.

ADP_3_GERMANY-SECURITY_big.JPG" width="774" height="435" />

Bu sözlərin hər birini Boltona da deyib. ABŞ konkret bir mövqe göstərməsə də, İran hazırlıqlara davam edir...

Lakin ABŞ-ın İranı vurması, deyilənlərin əksinə olaraq, heç də asan deyil... ABŞ-ın İranda əməliyyat keçirməsi çox böyük problemlər doğura bilər. Hər şeydən əvvəl Avropa bu əməliyyata qarşıdır. Fransa İranda əməliyyat keçirilməsinə dəstək verə bilər, amma əvvəlcə Orta Şərqdən ciddi bir pay istəyir. Qarşımızda Ərəbistanla ABŞ-ın etdiyi gizli razılaşmadan özünə pay istəyən Paris var. Təkcə Paris də deyil. Berlin və Roma da Orta Şərqdən sonra Aralıq dənizindən kənarda qalmaq istəmir.
Buna görə də, İrana qarşı əməliyyatı dəstəkləyən Bolton tam razılaşma olmadan Pentaqonu da razı sala bilməz.

Pentaqon da İran əməliyyatına müsbət yanaşır. Bu səbəbdən, Bolton çox güclü biri kimi qəbul edilir. ABŞ Müdafiə Naziri Metisin vəzifəsindən azad olması Boltonu məmnun edib. Çünki Bolton Metislə davamlı olaraq çəkişmə yaşayırdı. Metisin əksinə olaraq nazir Şanahan Boltonla eyni sıradadır. Hətta Boltonu Olbraytla görüşdürən də Şanahan idi...

İndi İran bu qədər səssiz bir şəkildə ABŞ-ın ona qarşı əməliyyat keçirməsini gözləyə bilərmi?

İranda daxili çəkişmələr çoxdur. Ölkə içərisindəki daxili çəkişmə ilk dəfədir ki, bu qədər sərtdir. Daxili problemlərlə məşğul olan İran ABŞ-a qarşı müqavimət göstərə bilərmi? Bunun cavabını bilən yoxdur.

Lakin İsrailin planı ilə bağlı müzakirələr gedir. Ərəb-İsrail müharibəsini izləmək üçün Sina sahillərinə gedən ABŞ zirehli gəmisi “USS Liberty” 1967-nin 8 iyununda İsrail qüvvələri tərəfindən vurulub. 34 Amerika əsgəri ölüb, 171-i yaralanıb. İsrail hadisədən sonra ABŞ-dan üzr istəyib.

“Gəminin düşmən ölkə Misirə aid olduğunu düşündük”, deyə açıqlama verərək məsələnin üstünü örtüb.

İndi İsrailin saxta bayraq əməliyyatı ilə ABŞ gəmisini vuracağı və günahı da İranın boynuna atacağı düşünülür. Edib etməyəcəyi məlum deyil, amma bununla bağlı müzakirələr gedir.

Son təhlildə İranın Çinə verdiyi neft məhdudlaşdırılmalı və ya sıfırlanmalıdır. ABŞ öz yolunu cızmadan əvvəl iqtisadi cəhətdən Çini nəzarətdə saxlamalıdır.

Bunu artıq neçənci dəfədir deyirəm...

İŞİD və YPG Bəlucistana və Əfqanıstana göndərilib.

Əkiz qüllələrə olan hücumdan sonra İranla Çin arasında dayanmaq üçün Əfqanıstana gələn ABŞ yenə də eyni xətt üzərində davam edir.

Şri-Lankanın partladılması da bununla bağlı idi!

İŞİD-in əsl lideri Aminullahın 200 milyon dollarla alınması və ortaya atılması da bununla bağlıdır.

Aralıq dənizinin bir xəzinə dəyərində olması və ABŞ-ın buralara sahib olmaq istəməsi də bununla bağlıdır...

ABŞ-ın İranı vurmaq ehtimalı olsa belə bu, o qədər də asan deyil!

Lakin Çini dayandırmaq üçün İranla Türkiyənin hədəfə qoyulması da bir həqiqətdir!

AKP-yə müxalif olaraq irəliləmək istəyən şəxslərə diqqət yetirsəniz, vəziyyəti başa düşərsiniz. Bir qrup London vasitəsilə Çinə yaxınlıq edir, digərləri isə ABŞ-a... AKP isə Rusiyaİranla birlikdədir. İranın vurulub vurulmayacağı hələ ki, bilinmir, amma embarqolar belə hər kəsə təsir edəcək. Çin və Hindistan buna əməl etməyəcək. Çin onsuz da İrana yuan verib neft alır. Dolları da bir tərəfə atır. ABŞ da problemi görür. Bunun üçün bir həmlə edə bilərmi? Görəcəyik!

Edəcəyi şeylərin nəticə verib verməyəcəyini də görəcəyik!

Bu mübarizə, sözsüz ki, Türkiyəyə də təsir edəcək... Daxili siyasətə bir az baxsaq, əsən küləyi anlaya bilərik...

Qeyd: Hörmüz boğazından 2016-cı ildə 18,5 milyon, 2017-də 17,2 milyon, 2018-də isə 17,4 milyon barrel neft çıxarılıb. Yəni dünyanın bir gündə istifadə etdiyi neftin 1/5-i buradandır... İsrail lisenziyalı bir hücumla neft qiymətlərini qaldıra bilər! Bunun nəticəsində kim qalib gələr? Əlbəttə ki, Rusiya! Bəs kim məğlub olar? Təbii ki, Çin... Baxaq görək...

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar