Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibə fonunda koronavirus təhlükəsi arxa plana keçib?

Tibb elmləri doktoru: “Müharibə fonunda koronavirus təhlükəsinin arxa plana keçməsi və mübarizənin səngiyiməsi faktı var”

“Müharibə ilə bağlı Müdafiə Nazirliyi və müvafiq qurumlar məşğuldur. Koronavirusala bağlı mübarizədə isə ayrıca olaraq Operativ Qərargah yaradılıb. Düşünürəm ki, hər bir qurum öz işi ilə məşğul olmalıdır”.

Bu sözləri tibb elmləri doktoru Adil Qeybulla son günlərdə ölkəmizdə koronavirusa yoluxma sayının artmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Son günlər Azərbaycanda koronavirusa yoluxma sayı artır. Hətta yoluxma sayı dünən 300-ə yaxınlaşdı.

Bunu karantin tədbirlərinin yumşaldılması, insanların sosial məsafə, tibbi qoruyuculardan istifadəyə maraq göstərməməsi ilə əlaqələndirənlər var.

Həmçinin də koronavirusa infeksiyasınən artmasına səbəb kimi Qarabağ müharibəsinin başlanması da göstırilir. Belə ki, Qarabağdan gələn xəbərlərə görə Bakıda və rayonlarda insanlar virusu unutduqları və riayət etmədikləri bildirilir.

Bəs həqiqətənmi müharibə fonunda koronavirus təhlükəsi arxa plana keçib və mübarizə səngiyib?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət edib.

Adil Qeybulla: “Koronavirusun çoxalmasında müharibə faktından çox vətəndaş məsuliyyətsizliyi var”.

Televiziya ekranlarında da koronavirusla bağlı təbliğatın xeyli zəiflədiyini nəzərə çatdıran professor PİA.az-a açıqlamasında bildirib ki, müəyyən mənada koronavirusla mübarizə müharibə fonunda arxa plana keçib, kakin koronavirus pandemiyasını unutmaq olmaz:

“Müharibə fonunda koronavirus təhlükəsinin arxa plana keçməsi və mübarizənin səngiyiməsi faktı var. Qarabağ müharibəsinə görə diqqətlər ancaq cəbhəyə yönəlib. Amma koronavirusun çoxalmasında müharibə faktından çox vətəndaş məsuliyyətsizliyi var. Vətəndaş məsuliyyətsizliyini biz avtobuslara baxanda görə bilərik.

Həmçinin də müəllimlər sinif otaqlarında maskasız otururlar və söhbət edirlər. İndi də karantin qaydaları insanların beyninə aşılanmalıdır. Televiziya ekranlarında da koronavirusla bağlı təbliğat xeyli zəifləyib. Amma hesab edirəm ki, koronavirus infeksiyasını unutmaq olmaz.

Onu da qeyd edim ki, ordu ilə bağlı Müdafiə Nazirliyi və müvafiq qurumlar məşğuldur. Koronavirusala bağlı mübarizədə isə ayrıca olaraq Operativ Qərargah yaradılıb. Düşünürəm ki, hər bir qurum öz işi ilə məşğul olmalıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket: Koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar