Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müharibə elanı: Silahların istifadə edilmədiyi bu savaşda qalib kim olacaq?..

ABŞ-ın Çinlə bağlı hesabatı sadə bir sənəd deyil, əsl müharibə bəyannaməsidir...

Ergün Diler

“Takvim” qəzeti, Türkiyə, 22 may 2020-ci il

Koronavirusla başlayan dalğanın ölçüləri bu gündən etibarən daha çox özünü göstərməyə başlayıb. Uzun müddətdir ki, əsas mübarizənin ABŞ-la Çin arasında olduğunu deyirik. Tərəflər və onların arxasındakı qüvvələri izah etməyə çalışırıq. Silahların istifadə olunmadığı böyük bir müharibənin içindəyik. Artıq müharibənin özü də, tərəfləri də aydın şəkildə görünür.

Ağ Ev Çinin hesabatını yayımlayıb və beləcə, hər şey aydın olub. Ağ Ev, demək olar ki, koronavirusun yayılmasının qarşısını ala bilmədiyi üçün Çini topa tutub.

Həmin 20 səhifəlik hesabatda nələr nələr var. Pekinə “talançı” deməkdən çəkinməyən bu hesabat işi oğurluğa qədər gedib çıxıb. Hətta: “Çinin ideoloji və siyasi cəhətdən azad millətlərə qarşı necə düşmən olduğunu nəzərə almadıq. İndi isə bütün dünya bu reallığa şahid olur”, kimi ifadələrə yer verilib.

Bildiyimiz kimi, koronavirusla birlikdə biz də yeni bir dünyaya oyandıq. Birləşmiş Ştatlar ilk günlərdə epidemiyaya ciddi yanaşmadı. Ağ Ev və prezident Tramp virusun iyun ayında sona çatacağını deyirdi. Ancaq bu pandemiyanın iyun ayında bitməyəcəyini bilən insanlardan biri elə Tramp idi.

Lakin o, belə danışmaq məcburiyyətində idi. Həmin vaxtı başqa cür açıqlama verə bilməzdi. Sonra isə ABŞ-ın bir çox ştatı virusa yoluxdu. Ağ Ev və Tramp ondan sonra sərtləşməyə başladı. Vitse-prezident Mayk Pens və Dövlət Karibi Pompeo da eyni şəkildə danışmağa başladı.

ABŞ-da belə bir qayda var ki, Prezident, Vitse-prezident və Dövlət Karibi ilə razılaşıbsa, deməli qərar verilib və əməliyyat başlayıb. Çin və Çinlə hərəkət edən ölkələrin də hədəf olacağını görürük. Ağ Evin Çinlə bağlı hesabatı da bu müharibənin elanı oldu. Bu səbəblə, hesabatın yazılmamış tərəfini də yaxşı başa düşmək lazımdır. Çünki məruzənin dili olduqca ağırdır.

Aşağıdakı ifadələr ən məşhur şərhlər arasındadır:

“Çinin talançı və aqressiv iqtisadi siyasətləri artıq sona çatacaq. Tramp administrasiyası Çinlə dialoq qurmağa çalışdı. Lakin onlar bu dialoqa girmədilər. Artıq ABŞ Çinə qarşı olan təzyiqi artıracaq. Çin prezidenti müxaliflərə qarşı əməliyyat keçirdi və heç ehtimal edilməyən bir vəziyyət baş verdi. Çin prezidentinin rəhbərlik etdiyi hökumətlə Çin Kommunist Partiyasının arasındakı fərq getdikcə artır. Bu, Çinin yeni bir yola girdiyini göstərir. Vaşinqton isə buna səssiz qalmayacaq. Çinin daha liberal hala gələcəyini düşündük, amma səhv etmişik”.

Hesabata Pompeonun sözləri də daxil edilib. O: “Media virus pandemiyasına fokuslanıb. Bu da Çin Kommunist Partiyasına əsas mənzərənin üstünü bağlamaq imkanı verib. Çin 71 ildir çox qəddar kommunist rejimi tərəfindən idarə olundu. Biz onların azad millətlərə yaxınlaşacağını düşündükcə onlar daha da avtoritar oldular. Yanıldıq, amma biz sadəcə bu səhvlə kifayətlənəcəyik. Artıq səhv etməyə yer yoxdur”.

Bu sözlər əsl müharibə elanına bənzəyirlər. Hesabat əvvəldən hazır idi, amma hələ yayımlanmamışdı. Səbəbi isə keçən yazıda danışdığım səfir Du Vey idi. Başqa sözlə, hesabatın yayımlanması üçün Du Veyin edamını gözlədilər. Çinin Tel-Əvivdəki səfiri Du Veyin öldürülməsi həm İsrailə, həm də Çinə bir mesaj idi.

Məruzə mayın 15-də artıq hazır idi, lakin bu səbəbdən dərc edilməsi təxirə salındı. Baş verənlərə və yayımlanan bir hesabata baxdıqda vəziyyəti görmək çətin deyil: ABŞ öz qərarını verib, Çinin hər nöqtəsini hədəf alacaq.

Çinin 2,5 trilyon dollarlıq ixracatı təkcə yanvar-mart dövründə 450 milyard dollardan itki verib. Yəni koronavirus Çinə də zərbə vurub. Təbii ki, Çin də Avropa ölkələrinə güvənir. Ancaq bunun nə dərəcə normal olduğu məlum deyil. Avropa belə böyük böhranlarda ABŞ-la üz-üzə gəlmək istəyərmi? Heç kim bu suala asanlıqla “hə” cavabını verə bilməz. Onsuz da Avropa mediasına baxdıqda, virusa görə Çini günahkar hesab etdikləri açıq-aydın görünür.

Digər tərəfdən, Çinin necə hərəkətə keçəcəyi də məlum deyil. 1.5 milyard əhalisi olan bir ölkənin yeganə əsası 2.5 trilyon dollarlıq ixracatdır. ABŞ bu rəqəmləri azaltmaq üçün əlindən gələni edəcək. Həmçinin, Çinin alacağı pulları verməyəcəyini də Pekinə diplomatik bir dillə izah edib. Yəni Çinə olan borclarını birtərəfli qaydada silib.

Üstəlik, Vaşinqton Çinlə əməkdaşlığı israrla davam etdirən ölkələri də nəzərində saxlayır. Hədəfə alınan bu ölkələrə də ziyan vurulması planlaşdırılır. Bu məsələ ilə bağlı 9 kəşfiyyat bölməsindən hesabatlar gəlir. Bu hesabatların nəticələrinə görə, ölkələrin necə hədəf alınacağı da müəyyənləşdiriləcək.

Digər tərəfdən, Çin 40 ölkə ilə sıx ortaqlıq qurduğunu düşünür. Du Veyin ölümü bu günə qədər Çinə qarşı atılan addımların sona çatmayacağından xəbər verir. Du Veyin ölümündən sonra İsraillə yaradılan diplomatik əlaqədə heç bir neqativ hal qeydə alınmayıb. Təl-Əviv Vaşinqton əvəzinə, Pekinlə davam etmək istəyir. Bunu başa düşmək asan deyil. Çünki bu, bütün sistemi pozan bir həmlədir. İsrail ABŞ-ın bütün xəbərdarlıqlarına baxmayaraq, Çinin yanındadır. Əlbəttə ki, Londonun tələbi ilə.

Bəzi ağıllılar isə: “Hər şey sarsılarkən böyük xaosun təsiri, əslində, hələ başlamayıb” deyirlər. Trampın Baş İqtisadi Məsləhətçisi Lerri Kudlou Çinin Amerikanın təzyiqi altında yaşamasını istəyən bir şəxsdir. Artıq o belə Çinin xilas olacağına inanmır.

ABŞ-ı hədəf alan Yeni İpək Yolu layihəsində Çinin gizli addımları həmişə aqressiv olduğuna görə Lerri Kudlou da geri addım atıb. Lerri Kudlou artıq Çin haqqında müsbət düşünmür. Trampa çox təsir edən Kudlou Çinin ABŞ-la olan tərəfdaşlığından imtina etdiyini və bunun Pekin üçün hir intihar olduğunu bildirib.

Çox şiddətli bir xaosdan sonra gərgin günlərə keçid edəcəyik? Yoxsa Çin geri addım atacaq və koronavirus tezliklə unudulacaq? Bu sualların cavabları dünyanın taleyini müəyyənləşdirəcək.

Amma media həmişə ABŞ-ın səsiylə xəbərlər hazırlayır. ABŞ-ın etdiyi və edəcəyi işlər sirr deyil. Lakin bu qədər hadisəyə baxmayaraq, Çin səssiz və dərindən gedir.

Uzaqdan baxanda Çinin geri addım atmayacağı, ABŞ-ın isə hücumları dayandırmayacağı açıq şəkildə görünür. Bəs Çinin reaksiyası necə olacaq? Bunu heç kim bilmir. Ancaq müharibə böyüyür və hər kəsi əhatə edəcək. Günə böyük sürprizlərlə başlayacağımız bir dönəmə daxil olduq. Çünki nəşr olunan yazı bir hesabat deyil, əsl müharibə elanıdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar