Bazar, 15 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Mühacir alveri qurbanları Bakıda – Video

Saxta mühacirlər Bakıda...

Mühacir alveri qurbanlarının bir hissəsini gətirən təyyarə Bakıya enib. Son iki gündə Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edilib.

Onlar Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin Geseke şəhərində yaşayan Əfran və Ülviyyə Mütəllimovalar, Axen şəhərindən Toğrul Məmmədov, Hamm şəhərindən Azər Əliyev həyat yoldaşı və iki uşağı ilə, Bavariya əyalətindən isə İmran Davudov, Ülviyyə Davudova və onların övladları - 11 yaşlı Fatimə və 9 yaşlı Binnət Davudovalardır. (Report)

Azərbaycan vətəndaşları Bayroyt və Düsseldorf hava limanlarından transfer uçuşu vasitəsilə Azərbaycana deportasiya ediliblər.

Onlar sığınacaq istəklərinin geri çevrilməsi ilə bağlı Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) qərarından məhkəməyə dəfələrlə şikayət etsələr də, deportasiyadan xilas ola bilməyiblər.

Bildirək ki, Almaniya Daxili İşlər Nazirliyi tərəfindən ölkədə miqrant alverində şübhəli bilinən şəxslərlə bağlı reyd keçirilib.

Almaniyanın, bir neçə vilayətində həyata keçirilən reyd zamanı evlərdən xüsusi viza çap edən avadanlıq, xarici vətəndaşlara aid pasportlar pul və silah aşkar edilərək götürülüb.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar