Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Müğənnilər 10-15 axmağı soyurlar” – Fazil Mustafadan maraqlı açıqlamalar

“Hansısa hadisəni total şəkildə təşkil edənlər hər halda bunu özlərinə ziyan vuraraq həyata keçirməzlər”...

Bu sözləri Yenisabah.az-a Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa koronavirus pandemiyası ilə bağlı konspirativ yanaşmalara münasibət bildirərkən deyib. Fazil Mustafa əlavə edib ki, pandemiyanın böyük güclərin oyunu olduğu haqqında danışarkən məntiqli olmaq lazımdır. “Bu gün ABŞ, Çin və dünyanın aparıcı ölkələrinin iqtisadiyyatı ciddi şəkildə ziyan görüb. Biri var ki, ABŞ İraqda, yaxud Suriyada müharibə aparır.

Tutaq ki, bunu ABŞ-ın istehsal etdiyi silahları başqa ərazilərdə sınaqdan keçirdiyi kimi yozurlar. Tamam, başa düşdük. Amma indi vəziyyət kifayət qədər fərqlidir.

Pandemiya elan ediləndən ABŞ-da işsizlərin sayı 10 milyon nəfər artıb. Bu kifayət qədər böyük yükdür. Nə indiki iqtidar, nə də onu əvəz edən hakimiyət qısa müddətdə bu problemi həll edə bilər. Bu koronavirus infeksiyasının yayıldığı hər bir ölkəyə, o cümlədən Azərbaycana da aiddir.

Ona görə də mən baş verənlərin hansısa güclər tərəfindən məqsədli şəkildə təşkil olumuş oyun olduğuna inanmıram. Bəzən deyirlər ki, dünyanın hansısa gizli qüvvələri, dərin dövlətlər bunu edib. Amma həmin gizli qüvvələr istədikləri şəxsi hakimiyyətə gətirə bilirlərsə - bu ehtimal daha ağlabatandır – onu istədikləri yönəldə bilirlərsə, hansısa məqsədlərini həyata keçirmək üçün özləri bəşəriyyəti niyə təhlükə altında qoysunlar? ”, - deyə deputat bildirib.

Fazil Mustafa hesab edir ki, koronavirus bəlası hansısa bioloji eksprement zamanı baş vermiş qəzanın təzahürü ola bilər: “Belə eksprementlərin aparıldığı sirr deyil. Bunlar əsasən bioloji silahların kəşf edilməsi istiqamətində aparılan eksprementlər olur. Mümkündür ki, pandemiya bu cür eksprementlərdən qaynaqlansın. Sadəcə bunun qarşısını ala bilməyiblər və ört-basdır ediblər. Bununla belə, düşünmürəm ki, baş verənlər uzun müddət davam etsin. Hesab edirəm ki, müasir elm tez bir zamanda bunun çarəsini tapacaq”.

Deputat koronavirus pandemiyasından siyasi məqsədlər üçün istifadə hallarını da istisna edib. “Hər kəs öz canının hayındadır. İnsanlar pandemiyaya qarşı mübarizə məqsədilə tətbiq edilmiş qaydalara ciddi riayət edir. Anlayırlar ki, indi hansısa siyasi divident götürmək, siyasi məqsədi həyata keçirmək kimi planlar işləmir. Hətta bundan istifadəyə cəhd olsa belə, heç nə əldə olunmayacaq. Məsələyə lokal yanaşsaq, tutaq ki, kütləvi tədbir keçirmək istəyirsən. Kimi çağıracaqsan tədbirə? İnsanları ölüm riski ilə üz-üzə qoyacaqsanmı?

Qlobal mənada yanaşsaq, bu gün dünyanın aparıcı dövlətləri əsas güclərini virusun məhv edilməsinə yönəltdiyini görərik. Bu baxımdan, belə yanaşmaları da əsassız hesab edirəm”, - deyə Fazil Mustafa vurğulayıb.

Pandemiyanın dünya düzəninə ciddi təsir edəcəyi, qlobal siyasətdə və iqtisadiyyatda balansı dəyişə biləcəyinə gəlincə, deputat deyib: “Dünya ibtidaidən başlayaraq özünü yenidən qurmalıdır. Bu qədər texnologiyanın qarşısında bir virusun əlində aciz qalmaq yenidən düşünməyə imkan verir. Bu hadisə göstərdi ki, diqqəti daha çox elmə yönəltmək lazımdır. Hansısa hədəfi raketlə 3000 kilometrdən vura bilərsən, amma koronavirusla mübarizədə bunun faydası olmadı. Yaxud Marsda koloniya yarada, yaşamaq üçün yer axtara bilərsən, amma birdən orada da koronavirus olsa nə addım atacaqsan? Karantin rejimi tətbiq edəcəksən? Məncə, dünya bir daha bu barədə düşünməyə başlayacaq.

Digər tərəfdən hesab edirəm ki, nüvə və bioloji silahlardan istifadə etməməklə bağlı ümumi razılaşmış qərarların verilməsi sürətlənəcək. Dünya insan həyatının dəyişməsinə, onun ölümünə səbəb ola biləcək prosesləri dayandrımaq barədə düşünəcək.

Bu hadisə Azərbaycan üçün də müəyyən örnəklər yaratdı. Bu günə qədər Azərbaycanın ən dəyərli insanları toy müğənniləri idi. Amma artıq onlar dəyərdən düşməyə başlayıblar. Əvəzində gerçək elm adamları, tibb mütəxəssisləri dəyərə minib və bu proses davam edəcək. Eyni zamanda cəmiyyət anladı ki, sahibkarlığın inkişafı vacibdir. Elə yük var ki, dövlət onu üzərinə götürmək iqtidarında deyil. Çünki dövlətin də xərclərinin hüdudları var. Sahibkarlar yoxsullaşanda isə vəziyyət daha da çətinləşir. Azərbaycan bir çox sahibkarlar bürokratik əngəllər üzündən yoxsullaşıb, inhisarçılıqı səbəbindən fəaliyyət qabilliyyətlərini itirib. Halbuki bunun əksi olsaydı, indi dövlətin üzərinə bu qədər yük düşməzdi.

Bu gün baş verənlər bəzi vətəndaşlarımızın yekəxanalığına, şöhrətpərəstliyinə də təsirsiz ötüşməyəcək. İnsanlar var ki, 10 min manata toya müğənni çağırır, o da gəli 20 dəqiqə oxuyub çıxıb gedir. 10-15 axmağı belə soyurlar. Onlar isə bununla fəxr edirlər. Yaxud kimlərsə dəbdəli toy məclisləri, hətta yas mərasimləri təşkil edirlər. Belə əməllər şöhrətpərəstliyin nəticəsidir ki, artıq şüurlu insanlar bu barədə düşünməyə başlayacaq. Anlayacaq ki, ümumi bəla gələndə nə pula, nə şöhrətə baxır. Hesab edirəm ki, post-pandemiya dövründə belə şeylər az olacaq”.

pia.az


Etiket: Fazil Mustafa

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar