Çərşənbə, 19 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Müğənni, aparıcı, şair... - Azərbaycan parlament seçkilərinə bu məşhurlarla gedir

Bu gecədən etibarən növbədənkənar parlament seçkiləri ilə bağlı seçkiqabağı rəsmi təbliğat-təşviqat kampaniyasına start verilir..

Namizədlər yanvarın 16-dan 17-nə keçən gecə, saat 12-dən etibarən öz təbliğat-təşviqat kampaniyalarını apara bilir. Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib ki, bu gün saat 18:00-da Milli Məclisə seçkilərlə əlaqədar dairə seçki komissiyaları tərəfindən deputatlığa namizədliyin qeydə alınması prosesi başa çatacaq. Seçkiqabağı təşviqatın aparılması 8 fevral saat 08:00-dək davam edəcək.
Təşviqat kampaniyasında Milli Məclisə deputat seçkilərində iştirak etmək üçün qeydə alınmış şəxslər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları iştirak edə bilərlər.

9 fevralda Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edənlər arasında mədəniyyət sahəsindən olanlar, şou-biznes nümayəndələri, sənətçilər və tanınmış aparıcılar da var. “Yeni Sabah” sizə həmin tanınmışların siyahısını təqdim edir:

Əməkdar artist Elza Seyidcahan. İllərdir millət vəkili olmaq arzusunu dilə gətirən sənətçi bu istəyinə görə dəfələrlə tənqid edilib, qalmaqal yaşayıb. Seyidcahan namizədliyini 54 saylı Şabran-Siyəzən seçki dairəsindən irəli sürüb. Xanım sənətçi “Səsinizə səs verməyə gəldim” şüarı ilə seçicilərinə müraciət edib. Xanım sənətçi 2015-ci ildə də bu seçki dairəsindən namizədliyini irəli sürsə də, seçilməyib.

Uzun illər İctimai TV-də “Salam əsgər” hərbi verilişinin aparıcısı olan və hazırda ATV-nin “Marş irəli” verilişində çalışan İsmayıl Balacanov deputatlığa namizəd olanlar arasındadır. “Space” və AzTV-dən başlayan və hərbi-vətənpərvərlik verilişlərinin aparıcısı kimi tanınan telejurnalist namizədliyini 31 saylı Suraxanı ikinci seçki dairəsindən irəli sürüb.

Namizədlərdən biri də tanınmış aparıcı Tural Ozandır. Aparıcı sosial şəbəkədə seçicilərinə maraqlı müraciət də ünvanlayıb: “Hə dostlar başladı. Yəqin ki, çoxlarınız məndən qeyri-standart seçki təbliğatı gözləyirdi. Çox maraqlı PR hərəkətləri ilə qarşınızda olacağam. Seçilmək İstəmirəm. Həftə səkkiz, mən doqquz fervaldan yanınızdayam. Yəqin ki, sabah da mediada müzakirə mövzusu olacaq, amma mən bütün bunları gözə alıb başladım. Boş cümlələr, şablon vədlər bizim kitabımızda və platformamızda yazmaz!”

Aparıcı Aytən Səfərova da deputat olmaq istəyənlər sırasındadır. O, 87 saylı Ağsu - İsmayıllı seçki dairəsindən namizədliyini irəli sürüb.

Aparıcı, hüquqşünas Zülfiyyə Bayramova da deputatlığa namizəd olub. Z.Bayramova namizədliyini 81 saylı Beyləqan şəhər seçki dairəsindən irəli sürüb. Aparıcı bu gün seçicilərinə sosial şəbəkədən müraciət edib: “Siz məni tanıyırsınız, mən də sizi. Sevinciniz sevincim, dərdiniz dərdimdir. Elədirsə, gəlin parlamentə birlikdə gedək. Sizin səsinizi Milli Məclisdə mən eşitdirə bilərəm. Prezidentimizin islahatları bizim yaxşı yaşamağımız üçündür. Buna görə gücünüzə inanın, seçkiyə gəlin və səs verin!” O, “BeyləQANIMIZ birdir” şüarı ilə seçicilərinə üz tutub.

Tanınmış yazıçı Kəramət Böyükçöl də 9 fevralda Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək. O, 80 saylı İmişli - Beyləqan seçki dairəsindən namizəd olub.

Namizədlər asırasında aktrisa Könül Yusifqızı da yer alsa da, bir neçə gün öncə namizədliyini geri götürdüyünü açıqlayıb: “Abşeron 45 saylı seçki dairəsindən, nazmizədliyimi irəli sürmüşdüm və könüllü olaraq geri götürdüm. 500 imzamı bir-bir toplamaqda yanımda olan qohumlarıma təşşəkür edirəm. Siz yanımda olun, deputat olmasam da, dağı dağ üstə qoyaram...”

Maraq üçün onu da əlavə edk ki, Xalq atristi Afaq Bəşirqızının deputat olması üçün sosial şəbəkələrdə kampaniya başladılsa da, aktrisa namizədliyini irəli sürmədi. On bir çox sənətçilər, tanınmışlar dəstək olmuşdu.

pia.az

 

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: seçkilər


loading...

Ən çox oxunanalar