Cümə axşamı, 15 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Muğan Bank”da 67 milyon manatdan çox zərər var

2020-ci ilin yekun hesabatını açıqlamayan “Muğan Bank”ın 2019-cu ilin sonuna olan yığılmış zərəri (defisiti) 67 milyon 730 min manat olmuşdu. 2020-ci ilin sonunda isə bankın vergilər ödənilənədək olan mənfəəti 707 min manat olub. Bu isə bankın bölüşdürülməmiş mənfəətində olan (- 23 milyon 679 min manata) göstəriciyə ciddi təsir göstərməyəcək. Nəticədə mənfəət vergisini vermədiyinə görə “Muğan Bank”ın bölüşdürülməmiş mənfəəti 22 milyon 972 min manatdan çox olacaq.

Kommersant.az xəbər verir ki, bankın açıqladığı hesabata görə 2020-ci ilin sonunda “Muğan Bank”ın bölüşdürülməmiş mənfəəti 1 il ərzində 707 min manat azalıb.

Cədvəldə də qeyd olunduğu kimi “Muğan Bank”ın yığılmış zərəri 4 il ərzində 48 milyon 534 min manat artaraq 67 milyon 730 min manata çatıb. Buna baxmayaraq bankın kapitalı isə 4 il ərzində 21 milyon 493 min manat azalaraq 35 milyon 836 min manata düşüb. 

Qeyd edək ki, Bankda yerləşdirilən depozitlərin həcmi 56 milyon 40 min manat və ya 16,7% azalaraq 278 milyon 681 min manata düşüb. Bu da bankın cəmi öhdəliklərinin 69 milyon 70 min manat və ya 12% azalaraq 504 milyon 27 min manata düşməsinə səbəb olub. Deopzit portfelinin azalmasında hüquqi şəxslərin 27,3%, fiziki şəxlərin isə 12,5% payə var. Yəni, “Muğan Bank”da hüquqi şəxslərin depozitləri 26 milyon 67 min manat, fiziki şəxslərin depozitləri isə 29 milyon 973 min manat azalıb.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Qadınla intim videosu yayılan axund danışdı: “Xəyanətə görə boşanıb”

Elmira Axundovanın Qəbələdəki dəbdəbəli villasının videosu yayıldı

Dağlıq Qarabağın “işğaldan azad edilməsinə” nail olacağıq – Paşinyan sərsəmlədi

“Albert Rıji”nin qətli üçün ödənilən məbləğ açıqlandı

İlham Əliyev ilə Lukaşenkonun qeyri-rəsmi görüşü beş saat davam edib - Yenilənib

“Aqroservis” ASC-dən kobud tender pozuntusu: milyon yarımlıq tenderi udan şirkət kimə məxsusdur? - Foto

Keçmiş ərindən Tünzaləyə sərt cavab: "Ona elə sözlər deyərdim ki.."

“Poseydon” - Rusiyanın “qiyamət günü” yarada biləcək silahı Nyu-Yorku xəritədən silə bilər...

Ukrayna böhranı: Rusiya Türkiyə ilə hava əlaqəsini dayandırır - Bu xəbərdarlıqdır, yoxsa qırılma nöqtəsi?..

Ən çox oxunanalar