Çərşənbə, 08 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Müəllimlərin işə çağırılması zamanı kimlərə güzəşt olunacağı açıqlanıb

"Martın 2-dən ölkə ərazisində tədris dayandırılıb. Bu dayandırılma tədris ilinin sonuna qədər davam edir"...

Bunu Təhsil Nazirliyinin şöbə müdirinin müavini, sektor müdiri Orxan Abbasov bildirib.

Onun sözlərinə görə, hazırda məktəblərdə qiymətləndirmə prosesinin necə olacağı hamını maraqlandırır: "Mayın 22-də müvafiq təlimat məktubu hazırlanıb və bütün məktəblərə göndərilib. Burada daha çox məktəbdaxili qiymətləndirmənin necə aparılması qeyd edilib. Məktəbdaxili qiymətləndirmənin bütün siniflər üzrə hansı formada aparılması barədə dəqiq yazılıb. Bu zaman ikinci zərurət odur ki, məktəbə getmək necə olmalıdır? Şagirdlərin sinifdən sinfə keçməsi üçün qərar olmalıdır. Xüsusi karantin rejimi başa çatmadığına, kütləvi tədbirlər tövsiyə edilmədiyinə görə zərurət yarandı ki, təlimati məktub hazırlansın. Bu məktub tədris ilinin başa vurulması və zəruri tədbirlərlə bağlıdır. Burada bənd-bənd qeyd edilib.

Birinci bənd ümumtəhsil müəssisələrində işçilərin işə çağırılması ilə bağlıdır. Öhdəsində 7 yaşına qədər uşaqlara, yaşlılara və tibbi yardıma ehtiyacı olanlara qulluq edən şəxslərin işə gəlməyi istisna edilir.

İkinci kateqoriya yaşı 65-dən yuxarı olan əməkdaşlardır. Bu kateqoriyadan olan şəxslər ən böyük risk qrupuna daxildir.

Üçüncü kateqoriya Bakıda çalışan, başqa regionda yaşayan müəllimlərə aiddir. Yəni, yaşadığı yerdən kənarda yaşayan müəllimlərə də güzəşt olunur".(apa)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Dedim bala, məhv olarsan, bu yolu seçmə…” – Elmar Məmmədyarovun atası

Kürdəmir rayon icra başçısı istefa verib, ölkədən getmək istəyir? -İddia

Dəhşətli mənzərə: Azərbaycanda xəstəxana dəhlizindəki koronavirus meyitləri - Video

Miri Yusif xüsusi reyslə xaricə istirahətə getdi - Fotolar

Mehdiyev sükutu pozdu: "Ramiz Mehdiyev mövzusu onlara..."

Sabiq deputatın idmançı oğlu da XİN -də işə götürülüb - Vitse-konsul vəzifəsinə

SOCAR-da "islahat" - Rövnəq Abdullayev işçilərin aylıq əlavə ödənişlərini yarıbayarı azaltdı

Koronavirus Azərbaycanın hansı bölgəsində daha çox yayılıb? - Statistika

Oliqarx deputatdan sərt açıqlama: “Eldar Mahmudovun yaratdığı saytlar...”

“Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasının yaradılmasının əleyhinə olub”

loading...

Ən çox oxunanalar