Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müəllimin ucbatından məktəbli Ruzi komaya düşdü – Video

Şamaxı sakini Zakir Həmidov müəllim məsuliyyətsizliyindən şikayətini bildirib

Şamaxı rayonu M.Ə.Sabir adına qəsəbə sakini Zakir Həmidov müəllim məsuliyyətsizliyindən şikayətini bildirib.

Pia.az-ın musavat.com-a istinadən məlumatına görə, o qeyd edib ki, müəllim məsuliyyətsizliyi ucbatından 8-ci sinif şagirdi olan oğlu Ruzi Həmidovu maşın vurub, nəticədə 18 gündür ki, koma vəziyyətindədir:

“May ayının 2-də İ. Nəsiminin 650 illik yubileyi ilə əlaqədar olaraq Şamaxı şəhərinin mərkəzində tədbir keçirilib. Oğlumun təhsil aldığı A.Alxanov adına məktəbin müəllim və şagirdləri bu tədbirdə iştirak edib. Sinif müəllimləri Aysel Ağaməmmədova və Sədaqət Cəmiyeva oğlum da daxil olmaqla 8-ci sinif şagirdlərini həmin tədbirə aparıb.

Qeyd edim ki, Şamaxı şəhəri bizim qəsəbədən 7 km-dən çox uzaq məsafədə yerləşir. Şəhərin mərkəzinə getmək üçün hər bir şagirddən 1,5 manat pul da yığılıb ki, avtobusla gedib-gəlsinlər”.

Zakir Həmidovun sözlərinə görə, tədbir bitdikdən sonra müəllim Aysel Ağaməmmədova şagirdləri təkbaşına buraxaraq, öz yaxınlarının minik maşını ilə qəsəbəyə geri dönüb. 7 şagird isə təhlükəli şose yolla piyada yola düşüb. Bu zaman idarəetməni itirən hansısa minik maşını uşaqların üzərinə doğru irəliləyib:

“Şagirdlərin 6-sı tez qaçaraq canlarını qurtara bilib. Maşın ağır zərblə 14 yaşlı oğlumu vurub. Nəticədə oğlum ağır kəllə-beyin travması alıb. Vəziyyəti ağır olduğundan onu təcil Bakıya Neyrocərrahiyyə Xəstəxanasına çatdırdıq. Təsəvvür edin ki, mayın 2-dən bu günə qədər oğlum koma vəziyyətindədir. Həkimlər hələ ki, onun səhhəti ilə bağlı dəqiq bir söz deyə bilmirlər. Böyük ümidlə onun bu vəziyyətdən çıxmağını gözləyirik. Bundan sonra oğlumuzun sağlamlığının nə yerdə olacağını təsəvvür belə edə bilmirik. Bu uşaq ağır kəllə-beyin travması keçirib. Onun gələcəyi necə olacaq?” deyə ata fəryad edir.

Zakir Həmidov bildirir ki, baş verən hadisə ilə bağlı adı çəkilən müəllim öz şagirdinin vəziyyəti ilə bir dəfə də olsun maraqlanmayıb:

“Biz uşaqlarımızı məktəbə oxumağa göndərəndə onları müəllimlərə, məktəbə əmanət edirik, bu zaman öhdəlik onların boynunda olur. Amma indi mənim oğlum bir müəllimin məsuliyyətsizliyi ucbatından ölümlə əlləşir, yarıcan vəziyyətindədir. 18 gündür ki, xəstəxananın önündə yatırıq. Biz sadə, kasıb, gündəlik çörək pulu qazanan adamlarıq. Uşağımızın başına gələn bu dəhşətli olayla bağlı bilmirik kimə şikayət edək, başımıza nə çarə qılaq”.

Fəryad edən ata 14 yaşlı şagird oğlunun başına gələn hadisə ilə bağlı aidiyyəti orqanlardan xahiş edərək, bu məsələdə günahkar olan şəxslərin cəzalandırılmasını istəyib.

Məsələ ilə bağlı adı çəkilən məktəbin direktoru Gülnurə Babaşova ilə əlaqə saxladıq. Direktor “mənə bir neçə dəqiqəlik vaxt verin, danışacağam” desə də, sonradan zənglərimizə onun katibəsi cavab verərək bildirdi ki, direktor kənarda olduğundan özü cavab verə bilmir.

Təhsil Nazirliyindən isə bildirildi ki, hadisənin bütün təfərrüatları araşdırılıb, məsələyə tezliklə aydınlıq gətiriləcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar