Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müəllimənin rəqsi sosial şəbəkədə müzakirələrə səbəb oldu

Sosial şəbəkələrdə Bakının Qaradağ rayonundakı məktəblərdən birində ibtidai sinif müəlliməsi işləyən Gülsüm Biləndərlinin sinif otağında “Məsti xumar” mahnısına rəqs etməsi ilə bağlı müzakirələr açılıb...

PİA.az bu istiqamətdə yazılan statusları bir yerə toplayaraq, təqdim edir.

Jurnalist Məhəmmədəli Qəribli yazıb ki, rəqs edən müəllimənin hərəkətində qeyri-adi nəsə görmür:

“Əvvəla, dərs zamanı etməyib. İkincisi, rəqs edə-edə striptiz göstərib paltarını soyunmayıb. Əksinə, çox pozitiv müəllimə obrazı bağışladı. Ayıbı şagirdlərdən pul toplayan müəllimələr, direktorlar edir. Həmin müəlliməni tanımıram. Ona qarşı olan basqıların əleyрinəyəm. Düşünürəm ki, bu cür pozitiv ruhda olan müəllimlərə təhsildə daha ciddi işlər tapşırmaq lazımdır...”

Aynur Zərrintac yazıb:

“Müəlliməyə dəstəyəm! Söyüşlə şərh yazanların hamısını özümlə rəqs yarışmasına dəvət edirəm!”

Rizvanə Sadıqova “müəllimə şənlənə, deyib-gülə bilməz?”, – deyə sual edib. Daha sonra yazıb:

“Əcəb edir rəqs edir. Plakat yuxarıdadır, nə bilirsiniz, şagirdlərinə Xocalı faciəsini necə bir yanğı ilə çatdırıb. Hər bir insanın, xüsusilə gənclərin öz zövqü, həyat tərzi, yaşamaq eşqi var. İnsanlara qarşı belə aqressiv olmayaq. Qoy öz həyatlarını yaşasınlar. Bu müəllimənin günahı yoxdur, zorla ondan düşmən obrazı yaratmayın”.

Nigar Piriyeva adlı müəllim yazıb:

“Məni tanıyanlar bilir ki, musiqini və rəqs etməyi çox sevirəm. Hətta deyəsən, gözəl rəqs edirəm. Əsasən də, depressiv hallar üçün önləyici tədbirdir musiqi, mənim üçün... Nə edək, yoxsa ölək bu ağır peşəni seçdiyimiz üçün? Yemə, içmə, oynama, gülmə... İnsanıq biz də… Həmkar olaraq, 52 yaşlı müəllimə dəstəyimi beləcə bildirirəm, kurikulumda şagird əylənərək öyrənirsə, müəllim də əylənərək işləməlidir, vəssalam.... Bu işdə bir qəbahət var, o da nankor həmkara video göndərmək…”

Fidan Həsənzadə qeyd edib ki, o da yorğun olanda rəqs edir:

“Kefim yaxşı olanda da. Mən həmişə rəqs edirəm. Müəllimə oynayıb, yaxşı edib. Tumanında topa bülleten gəzdirməyib ki (ən azı bu videoda elə şey görünmür). Oynayın, bu dünyanı oynamaq xilas edəcək”.

Məhəmməd Quliyev adlı istifadəçi yazıb:

“Videodan görünür kı, sinifdə şagird yoxdur. Mən bu müəlliməyə haqq qazandırmıram, amma bunu görəsən niyə bu qədər şışirdirik? Dərs vaxtı deyıl, sinifdə uşaq yoxdur. Adam yorulanda ya əsnəyir, yaxud gərnəşir, bu da yorğunluğunu belə çıxarıb. Bu mənim şəxsi fikrimdir. Bu müəllimə onu da bilməlidir kı, türklərin bir atalar məsəli var: Düşman kor nişançıdır, dost isə hardan vuracağını çox gözəl bilir”.

Şəfa Məmmədova öz fikirlərini “Onu paylaşan müəlliməyə ayıb olsun. İnsan öz həmkarını belə pis vəziyyətdə qoymazdı” şəklində ifadə edib.

Ayaz Ansarov “belələrinə görə müəllimlərin adları batır” yazıb.

Rüfət Qasımov hesab edir ki, müəllimənin 52 yaşının olması və “Məsti xumar”la stress atması maraqlıdır. Ancaq R.Qasımov videonu müəllimənin özündən başqa kimsənin paylaşmasına inanmır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar