Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müdafiə naziri Zakir Həsənov Beyləqan Korpusunda «təmizləmə» aparır


General Ayaz Həsənov çətin vəziyyətə düşüb


Müdafiə Nazirliyindəki mənbədən  PİA.ZA daxil olan məlumata görə nazir Zakir Həsənov Beyləqan korpusunda təmizləmə əməliiyatına başlayıb.

Xatırladaq ki, PİA.AZ  bir müddət əvvəl məlumat vermişdi ki, keçmiş nazir Səfər Əbiyevin «qala»sı saylan Beyləqan Korpusuna Zakir Həsənovun səfərindən sonra bir çox dəyişiklik olacaq və nazir Səfər Əbiyevin «qala»sını tədricən dağıdacaq. 

Bu məsələ ilə bağlı redaksiyamıza yeni məlumat verən mənbənin iddiasına görə artıq Beyləqan korpusunda bir çox dəyişikliklər aparılmaqdadır. Belə ki, keçmiş nazir Səfər Əbiyevin dövründə rütbəsi qaldırılmayan 50-yə yaxın zabitin rütbəsi qaldırılıb, eyni zamanda həmin zabitlərin vəzifələri yüksəldilir. 

Mənbə bildirir ki, yaxın günlərdə nazir Zakir həsənov Beyləqan Korpusunun komanadanı general Ayaz Həsənovu da dəyişdirəcək və artıq bu işə hazırlıq getməkdədir. Bildirilir ki, Zakir Həsənovun əmri ilə bir neçə polkovnik general Ayaz Həsənovun müavini vəzifəsinə gətiriləcək və bundan sonra general vəzifədən alınacaq. 

Məlumatda o da qeyd olunur ki,korpus komandiri general Ayaz Həsənov buna baxmayaraq təslim olmaq istəmir və Zakir Həsənovun etimadını qazanmağa çalışır.

Xatırladaq ki, Beyləqan Korpusu əsgər yeməklərinin, orduya ayrılan yanacaqların qeyri qanuni satılması il tez tez gündəmə gəlib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar