Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mübariz Qurbanlı: “Ziyarətlərə getmək istəyən zəvvarlara səsləndi”

“Hər il minlərlə dindar vətəndaşımız xarici ölkələrdəki müqəddəs məkanları ziyarət edir. Bu il də həmin ziyarətlərə getmək niyyətində olan çoxsaylı insanımız var”...

PİA.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin sədri, professor Əjdər Tağıoğluna (İsmayılov) məktubunda bildirib. Komitə sədri qeyd edib ki, koronavirus təhlükəsi səbəbindən əvvəlki illərdən fərqli olaraq, bu il ziyarətlər üçün nəzərdə tutulan vəsaiti həmin şəxslərin ehtiyacı olan insanlara kömək məqsədi ilə sərf etmək imkanı yaranıb: “Əminəm ki, inanclı, dindar insanlarımız İslam peyğəmbəri Həzrəti Məhəmmədin: “Qonşusu ac ikən özü tox yatan bizdən deyildir” buyruğuna əməl etməklə, yaranmış bu imkanı savab qazanmaq naminə Vətənimiz və insanlarımız üçün xeyirxah əmələ çevirəcəklər”.

Qeyd edək ki, “Turan Araşdırma Mərkəzi” İctimai Birliyinin sədri professor Əjdər Tağıoğluna (İsmayılov) Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya məktubla müraciət edib.

“Bu il Həcc ziyarətinin qiymətinin 4490 ABŞ dolları müəyyən edildiyi və 1500-ə yaxın kvotanın ayrıldığı mətbuatdan hamıya məlumdur. Zənnimcə, Vətənin və bəşəriyyətin belə ağır zamanında siz həmin zəvvarlara müraciət etsəniz, Həcc ziyarətinə ayrılmış o məbləği belə ağır bir zamanda Vətəndə olan kimsəsiz, aztəminatlı, xəstə olub müalicəyə vəsaiti olmayanlara, ödənişə ehtiyacı olan tələbələrə, bir sözlə ehtiyacı olan insanlara tərəddüd etmədən belə ödəyərlər. Əslində bu hərəkətlə Azərbaycan möminləri nəinki İslam dünyasına, eyni zamanda bütün bəşəriyyətə dədə kökümüzə xas olan örnək göstərmiş olarlar”, - deyə Ə. Tağıoğlu müraciətində qeyd edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar