Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mübariz Mənsimovun Maltadakı çoxsaylı aktivləri donduruldu: Onlarla gəmi və şirkətlər..

Türkiyə hüquq-mühafizə orqanları tərəfindən həbs edilən (FETÖ-çu ittihamı ilə) azərbaycanlı gəmiçilik maqnatı Mübariz Mənsimovun Maltadakı çoxsaylı aktivləri London məhkəməsinin qərarı əsasında dondurulur.

“Malta Today” nəşri xəbər verir ki, Mənsimovun İstanbulda mənzillənən gəmiçilik konqlomeratının aktivləri son 20 il ərzində Maltada yerləşirdi. Çünki bu ölkə gəmiçilik sahəsində xeyli liberal qanunlar tətbiq edir. Lakin Mənsimov həbs edildikdən sonra onun Maltadakı aktivlərinin də kütləvi şəkildə dondurulması prosesi başlayıb.

Bu aktivlər isə onlarla gəmidən və şirkətlərdən ibarətdir. Nəşr onların siyahısını da dərc edib: “Palmali İnternational Holding Company”, “Palmali İnternational Holding Two”, “Palmali Logistics”, “Palocean Shipping”, “Paloffshore Oil Services”, “Palriver Shipping”, “Palsea Shipping”, “Tampal Trade”,“Pal Food”, “Palchem ​​Holding” , “Palmali Dry Cargo”, “Palmali Voyager”, “Caspian Holding”, “Pal Air”, “Pal Gas Holdling”, “Barge Oil Services”, “GMM Shipping & Trading” və GMM Holding.

2020-ci ilin may ayında London Yüksək Məhkəməsinin çıxardığı hökmə əsasən “Palmali” holdinqinin bütün dünya üzrə aktivləri dondurulur. Hökmə əsasən əgər Mənsimov və onun şirkətinin katibi Coan Spiteri hansısa aktivi satsa bu məhkəməyə hörmətsizlik kimi qiymətləndiriləcək. Spiteri artıq 2020-ci ilin aprelində şirkətdən istefa verib. Məhkəmə hökmü Rusiyanın “Sberbank”ının iddiası əsasında çıxarılıb. “Palmali” şirkətinin banka yüz milyonlarla dollar borcu var. Məhkəmə habelə Mənsimovun İngiltərədəki 261 milyon dollarlıq aktivlərinə də həbs qoyub. (Virtualaz.org)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar