Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mübariz Mənsimovun FETÖ-nün yüksək nümayəndələri ilə əlaqələri olduğu üzə çıxdı

Mübariz Mənsimovun meneceri də həbs edildi...

Palmali Holdinqin İdarə Heyətinin sədri Mübariz Mənsimovla birlikdə şirkətin meneceri Nuray Nurcahan Peker də həbs olunub.

PİA.az xəbər verir ki, Türkiyə mediasının yazdığına görə, onların FETÖ üzvü olduğu və təşkilatın yüksək səviyyəli rəhbərliyi ilə əlaqələrinin olduğu bildirilir.

Xəbərdə qeyd edilir ki, M. Mənsimovun telefon zəngləri araşdırılarkən FETÖ rəhbərliyində olan Hamdi Akın İpek, Suat Yıldırım və Süleyman Uysal ilə davamlı əlaqəsinin olduğu, həmçinin FETÖ-yə bağlı olması səbəbi ilə Rusiya hökuməti tərəfindən bağlanan Atlantik Beynəlxalq Məktəbinin idarə heyətində olduğu müəyyən edilib.

Onun FETÖ-nün Rusiya imamı olan və haqqında həbs qərarı çıxarılan “Saffet” kod adlı Ahmet Hamdi Vuralla əlaqəsi olduğu, Vuralın Mənsimovun şirkətinə mütəmadi olaraq gəldiyi, Vuralın şirkətə gəlməsi ilə siqnal əngəlləyicisi olan Jammer cihazından istifadə etməsi bəlli olub. Həmçinin, Mənsimov və Ahmet Hamdi Vuralın birlikdə səyahətlər etdiyi də üzə çıxıb.

Bundan başqa haqqında həbs olunma qərarı çıxarılan digər FETÖ-cü Muammer İhsan Kalkavanın da Palmalini tez-tez ziyarət etdiyi, hətta şirkətin ortağı kimi münasibət göstərildiyi xəbərdə qeyd edilir.

İstintaq çərçivəsində şirkətin meneceri Nuray Nurcihan Perkerin Mənsimovla birgə hərəkət etdiyi bəlli olub və onun haqqında da həbs qərarı verilib.(yenisabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar