Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mübariz Mənsimovdan cənub rayonlarından “seçilən” deputatlara ağır sözlər

“Mediada Hadı Rəcəblinin şərhimə münasibətini gördüm. O, Lənkaran rayonun Viravul kəndində doğulub və bəlkə mənə qohumluğu da çatır. Bir insan kimi hörmətim var. Amma millət vəkili kimi bu vəzifəyə uyğun deyil”

Bu sözləri deputatlığa namizəd Hadı Rəcəbli ilə aralarında yaranmış söz atışmasına cavab olaraq “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov özünün facebook hesabında yazıb.

“Hadı bəy 24 ildir deputatdır. Amma seçicilərinə bir xeyri dəymədi, əksinə, maaşlar, pensiyalar və uşaq pulları ilə bağlı yersiz bəyanatları ilə yadda qaldı. Deyir ki, namizədliyini YAP irəli sürüb. Lap yaxşı. Lakin əvvəllər də hakim partiyanın Lənkərandan və ümumiyyətlə, cənub rayonlardan seçilən millət vəkillərinin insanlara heç bir xeyri dəyməyib və onlar yalnız öz mənafelərini güdüblər. Bir dəfə də olsun seçicilərin yanında olmadılar. İndi isə səs üçün qapı-qapı gəzirlər. Sözüm odur ki, demokratik seçkilərdə şansları “0”-a bərabərdir”.

Mübariz Mənsimov özü ilə bağlı da çoxlarına bəlli olmayan məlumatları ictimailəşdirib: “Türkiyə vətəndaşı olsam da, bir çox bağlarla Vətənimə bağlıyam. Ona görə bütün prosesləri izləyirəm. Hadı bəy hakim partiyaya arxalanaraq yazır ki, məni partiya seçib. Deyim bilin, mən MHP-nin üzvüyəm amma Rəcəp Tayyib Ərdoğanla münasibətimiz əladır. Mənim böyük qardaşımdır, hörmətim hədsizdir. Amma mən AKP yox, MHP-çiyəm. Bunu da açıqca bəyan edirəm. Milliyyətçiyəm. Ruhum, baxışım budur. Mən partiyanı hansısa insana görə seçmirəm. YAP da, AKP də hakim partiya ola bilərlər. Heç kim və heç bir qurum ideal deyil, o cümlədən kimisə partiya seçirsə, bu onun müqəddəs elan edilməsi anlamına gəlmir. Əgər kimsə müqəddəs, dəyişdirilməsi qadağan olunan olsaydı, 2019-cu ildə ölkədə bu qədər istefalara şahid olmazdıq. Sözümü siyasiləşdirməyin. Demokratik seçkidən xalq, dövlət, ölkə yalnız qazanacaqlar. Fuad Abbasov, Qənira Paşayeva, ziyalılar, aydınlar, gənclər, adlarını çəkmədiyim çoxlu sayda dəyərli namizədlər var. Şans verin, onların xalqa xidmətlərini görək. Mən bir paylaşım edən kimi imkansız, əlacsız insanlar yazmağa başlayırlar. Ümid edirəm ki, seçkilərdən sonra vəziyyət dəyişəcək və onlar öz vəkillərinə yazıb real kömək alacaqlar. Deputat – “elçi göndərilmiş” deməkdir. Xalqınızın elçisi olun, məmurların yox. Xalqın cibinə girənləri, rüşvətxorları, harınlamış məmur övladlarını ifşa edib onların cəzalandırılmasına nail olun.O zaman əsil Elçi olacaqsınız”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar