Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mübahisələrə görə Azərbaycan-Gürcüstan sərhədində növbəti gərginlik

“David Qareci” monastır kompleksi yaxınlığında yol tikintisi Gürcüstan və Azərbaycan sərhədində gərginliyin yenidən artmasına səbəb olub. Azərbaycan tərəfi kompleksin ərazisində motosiklet yürüşü elan etdi, Gürcüstanlı fəalları isə cavab tədbirinin anonsunu verdilər

Gürcüstanda gürcü-Azərbaycan sərhədinin mübahisəli sahəsi ilə bağlı, harada ki, “David Qareci” (“Keşikçi Dağ”) monastır kompleksi yerləşir, ehtiraslar sakitləşmək bilmir.

Gürcü fəalları məbədlərdən birinə yaxın yerdə-Azərbaycan tərəfində ağır texnikanın işləməsinə etiraz edirlər.

Daha əvvəl bildirdiyimiz kimi, bir gün əvvəl Bakıda Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın ikigünlük iclası başa çatıb.

Gürcüstanda əmindirlər ki, Azərbaycan tərəfi “Keşikçi Dağ” kompleksi məbədlərinə yol çəkmək niyyətindədir. Azərbaycanda "Keşikçi Dağ"ı xristian Qafqaz Albaniyasının mirası kimi dövlət tarixi-mədəni qoruğu hesab edirlər.

Və belə bir məqamda, 28 mayda-Azərbaycanda birinci respublikanın yaradılmasının bayram edilməsi günündə, qoruqda avtorallinin keçirilməsi nəzərdə tutulub.

Eyni zamanda "Güc birlikdədir” hərəkatının lideri David Katsarava, Gürcüstan əhalisini 28 mayda monastırın Gürcüstan tərəfində toplaşmağa çağırıb.

Bir gün əvvəl isə xarici işlər naziri David Zalkaliani ictimaiyyəti sərhədin delimitasiyası üzrə İşçi komissiyanın nəticələrini gözləməyə çağırmışdı: "İnformasiya (yolla bağlı) komissiya çərçivəsində yenidən yoxlanılır. Bir daha hamını emosional bəyanatlardan çəkinməyə çağırmaq istəyirəm. Əgər kimsə düşünürsə ki, komissiya bizim dövlət maraqlarımızı nəzərə almayacaq qərar qəbul edəcək, çox səhv edir. Biz dövlət maraqlarımızdan və bizi bağlayan strateji münasibətlərdən çıxış edəcəyik".

Eyni zamanda, Gürcüstan pravoslav kilsəsi də bəyanatla çıxış edərək, danışıqların mümkün mənfi nəticələrinə etinasızlıq göstərməməyə və monastır kompleksinin bir hissəsinə nəzarətin Bakıda qalması ilə barışmamağa çağırıb.

Gürcüstanın baş naziri Mamuka Baxtadze də bəyanatla çıxış edib və xüsusi vurğulayıb ki, monastır problemi üzrə heç bir pərdəarxası saziş olmayacaq.

Azərbaycanla strateji və dostluq əlaqələrini xatırladaraq, Gürcüstan hökumətinin rəhbəri aqressiv ifadələrin müəlliflərini cəmiyyətin duyğuları ilə oynamamağa, populist və siyasi cəhətdən düzgün olmayan bəyanatlar verməkdən çəkinməyə çağırıb.

“Keşikçi Dağ” ətrafında vəziyyət təxminən iki həftə əvvəl gərginləşib. O vaxt Gürcüstan tərəfinin bəzi nümayəndələri bildirdilər ki, Azərbaycan sərhədçiləri öz ərazilərində olan mağara kompleksinin dini obyektlərinə keçidi məhdudlaşdırıblar.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva həmin informasiyanı şərh edərkən bildirmişdi ki, rəsmi Bakı həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub: “Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası, beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə proseduraları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur. Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır".(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Ən çox oxunanalar