Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MTRŞ qalmaqallı 102.0 FM -lə bağlı açıqlama yaydı

"Son günlər kütləvi informasiya vasitələrində guya Çingiz Mustafayevə aid olan radio tezliyin satışa çıxarılması barədə yanlış məlumatlar dərc olunmaqdadır"...

Bu barədə Milli Televiziya və Radio Şurası açıqlama yayıb. Şura bildirir ki, Azərbaycan Respublikasının radio tezlikləri dövlətə məxsusdur, heç kimin mülkiyyətində deyil, heç zaman satışa çıxarılmamış və çıxarıla da bilməz:

““Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11.1.4-cü maddəsinə əsasən dövlət yayım tezliklərini yalnız istifadəyə verir. Həmin Qanunun 11.5.2-ci maddəsinə görə isə, teleradio yayımı sahəsində müvafiq dövlət orqanı (Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası) tezlik resurslarından səmərəli istifadə olunmasına nəzarət edir.

Şuranın elan etdiyi müsabiqələrin nəticəsinə uyğun olaraq müsabiqədə qalib gələn yayımçıya müəyyən bir radio tezlikdə yayım aparmaq üçün lisenziya verilir, həmin yayımçı da öz növbəsində həmin tezlikdən istifadə üçün müvafiq dövlət orqanları (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olan Radio Tezliklər İdarəsi və “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi) ilə müqavilə bağlayaraq lisenziyanın şərtləri daxilində ondan istifadə edir.

Adı çəkilən 102.0 MHz efir radio tezliyi 1994–2016-cı illər arasında “ANS ÇM” radiostansiyasının istifadəsində olmuşdur. 18 iyul 2016-cı ildə “ANS-ÇM”-in lisenziyasına xitam veriləndən sonra həmin tezlik resursu boş qalıb.

Efir radio tezliklərindən səmərəli istifadənin təmin olunması məqsədilə Milli Televiziya və Radio Şurası 5 noyabr 2019-cu ildə keçirilmiş iclasında "Tеlеviziya və radiо yayımı haqqında" Azərbaycan Rеspublikası Qanununun 15-ci maddəsinin tələblərini rəhbər tutaraq ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində 102,0 MHz tezliyə müsabiqə elan edib. Müsabiqənin nəticələrinə görə qalib elan ediləcək və lisenziya alacaq iddiaçı müvafiq dövlət orqanı ilə müqavilə bağlamaqla Bakı şəhəri və Abşеrоn yarımadası ərazisində həmin tezlikdən istifadə etməklə yayım apara biləcəkdir”.

Açıqlamada o da bildirilib ki, 2016-cı ilin dekabr ayından Azərbaycan Respublikası ərazisində televiziya yayımı yalnız rəqəmli formatda həyata keçirilir. Bunun müsbət nəticəsi kimi bir efir tezliyində 10-12 SD televiziya kanalının və ya 3-4 HD formatda yayım aparan televiziya kanalının ötürülməsi mümkün olub:

“Yaxın gələcəkdə radionun da rəqəmli yayıma keçidi ilə əlaqədar bir efir tezlik resursunda 10-a yaxın radio kanalın yayımı mümkün olacaq. Bu da təbii olaraq, hər hansı bir efir radio tezliyinin guya kiminsə adına və ya mülkiyyətində olması iddiasını tamamilə alt-üst edir.

Yayılan məlumatlarda qeyd olunan hazırda istifadəsiz 50-yə yaxın tezliyin olması barədə iddiaya cavab olaraq bildiririk ki, radio kanalların əksəriyyəti 100.0MHz–108.0 MHz tezlikləri arasındakı FM diapazonunda yayımlanır. Bu diapazonda hazırda tam rəqəmli bir tezlik resursu (102.0 MHz) istifadəsizdir ki, ona da müsabiqə elan olunub. Lakin 88.0 MHz – 100.0 MHz arası diapazonda istifadə olunmayan tam rəqəmli bir sıra tezliklər mövcuddur ki, zərurət olduğu təqdirdə onların da gələcəkdə müsabiqəyə çıxarılması məsələsinə baxıla bilər”.

pia.az


Etiket: MTRŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar