Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MTRŞ Azərbaycanda ilk dəfə rəqəmli radio yayımı üçün diapazon ayırdı

Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən 11-ci televiziya yayım kanalının B diapazonu Bakı şəhəri və Abşeron yarımadasında DAB+ standartı üzrə rəqəmli radio yayımı aparmaq üçün ayrılıb

Bu barədə MTRŞ-nin şöbə müdiri İsa Məmmədov məlumat verib.

O bildirib ki, bu yayım zamanı 12 radio proqramı Bakı şəhəri və Abşeron yarımadası ərazisində təxminən 256 kbit/san sürəti ilə stereo formatında yayımlanacaq: "Bundan başqa, titrlər formasında əlavə məlumatların (dataların) verilməsi də nəzərdə tutulur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin "Teleradio” İstehsalat Birliyi bu yayımı həyata keçirmək üçün 1 kVt gücündə olan radiovericini istismara verəcək. Radiovericinin əhatə zonası təxminən 80-90 km olacaq”.

İ. Məmmədov qeyd edib ki, Avropa ölkələrinin əksəriyyətində DAB və ya DAB+ standartlı rəqəmli radio yayım həyata keçirilir: "DVB-T standartı üzrə rəqəmli radio yayımının aparılması isə o qədər də effektli sayıla bilməz. Çünki bunu yalnız DVB-T televiziya qəbulediciləri dəstəkləyə bilir. Lakin, Norveçdən başqa, bütün ölkələrdə bu yayım analoq radio yayımı ilə paralel aparılır. Bizim ölkəmizdə də hələlik analoq radio yayımının dayandırılması gündəlikdə yoxdur”. (ONA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar