Çərşənbə axşamı, 18 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

MSK-dan şübhəli qərar: Zahir Əzəmətin hüquqları növbəti dəfə pozuldu

"Bu bir daha onu göstərir ki, bu MSK və DSK-larla, köhnə komandanın formalaşdırdığı bu köhnə tərkiblə nə seçki, nə də islahat aparmaq olar"...

Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) 45 saylı Abşeron Seçki Dairə Komissiyasının növbədənkənar parlament seçkiləri üçün namizədliyini qeydə almaqdan imtina etdiyi tanınmış yazar, Qaynarinfo.az-ın baş redaktoru Zahir Əzəmətin şikayətinə baxıb.

Bu barədə Zahir Əzəmət özü məlumat verib. Baş redaktor bildirib ki, Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclas da, təəssüf ki, MSK Dairə Seçki Komissiyasının ədalətsiz qərarını qüvvədə saxlayıb.

"Hazırlanmış ekspert rəyindən və çıxışlardan açıq-aydın sezildi ki, MSK ya sənədlərlə axıra qədər tanış olmayıb, ya da hansısa səbəblərdən faktlara, sənədlərə göz yumur. Ekspert rəyi ilə çıxış edən MSK üzvü Ramiz İbrahimov isə açıq-aşkar faktlarla manipulyasiya etdi. O, Əmlak Komitəsindən aldığım və ilk gündən DSK-ya təqdim edilən rəsmi arayışın mövcudluğu faktının üstündən sükutla keçdi. İsrarlı təkidlərimdən sonra R.İbrahimov bütün iclas iştirakçılarına aşı-aşkar yalan danışaraq, bəyan etdi ki, guya mənim Əmlak Komitəsindən aldığım arayış Bakı şəhəri üzrə əmlak sorğusuna cavab imiş. Amma mənim "R.İbrahimov yalan informasiya verir, həmin arayışı qovluqdan çıxarıb burada hamıya təqdim edin" tələblərimi isə qulaqardına vurdu. Hətta Almas xanımın "ətraflı araşdırma üçün əlavə vaxt verilsin" təklifi də səsə qoyulmadı. Bundan əlavə, hər dəfə mənə söz veriləndə Məzahir Pənahov uzun-uzadı və rabitəsiz müdaxilələrlə arqumentlərimi səsləndirməyə imkan verməməyə çalışırdı. Verdiyim sualları isə cavabsız buraxırdı. Hiss olunurdu ki, mənimlə bağlı ciddi tapşırıq gəlib və mütləq mənfi qərar qəbul edilməlidir. Elə də oldu. Qeyd edim ki, hətta əvvəlki parlament seçkilərində anoloji situasiyalarda MSK namizədlərin xeyrinə qərar qəbul edib və bu barədə lazımi sənədləri də şikayətimə əlavə etmişdim. Amma MSK bütün bunları görməzdən gəldi. Nə özünün əvvəlki qərarlarını, nə dövlətin möhürü ilə təsdiqlənmiş və vaxtında təqdim edilmiş sənədləri tanımaq istədi. Bu, bir daha onu göstərir ki, bu MSK və DSK-larla, köhnə komandanın formalaşdırdığı bu köhnə tərkiblə nə seçki, nə də islahat aparmaq olar. Amma mən nə seçki mübarizəsindən, nə də hüquqlarımdan vaz keçəcəyəm. Sabah Bakı Apelyasiya Məhkəməsinə şikayət edəcəyəm".

Xatırladaq ki, Dairə Seçki Komissiyası əmlak bilgilərində uyğunsuzluğu səbəb göstərərək Zahir Əzəmətin (Rəhomov Zahir) namizədliyini qeydə almaqdan imtina etmişdi. Belə ki, namizəd respublika üzrə adına hansı əmlakın olmasını aydınlaşdırmaq üçün 08 yanvar 2020-ci il tarixində Əmlak Komitəsindən rəsmi arayış almış, DSK-ya verdiyi bildirişi də onun əsasında tərtib etmişdi. Həmin rəsmi arayış da bildirişinə əlavə edərək, DSK-ya təqdim etmişdi. Amma sonra məlum olub ki, Əmlak Komitəsi DSK-ya 26 dekabr 2019-cu ildə tamam başqa cavab verib. Həmin cavabda Z.Əzəmətin ailə üzvü olaraq adının keçdiyi ümumi torpaq sahəsi naməlum səbəblərdən namizədə verilən rəsmi arayışda qeyd olunmayıb.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Zahir Əzəmət


loading...

Ən çox oxunanalar