Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MSK daha bir neçə seçki məntəqəsində səsvermənin nəticəsini ləğv edib

MSK-nın bu gün keçirilən iclasında qərar verildi...

118 saylı Ağdam Şəhər Seçki Dairəsinin iki seçki məntəqəsində səsvermənin nəticəsi ləğv edilib.

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Milli Məclisə seçkilərlə əlaqədar 118 saylı Ağdam Şəhər Seçki Dairəsindən namizədliyi qeydə alınmış Musa Ağayevin müraciətinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə MSK-nın katibi Arifə Muxtarova məlumat verib.

A.Muxtarova bildirib ki, müraciət edən namizəd dairə üzrə seçki məntəqələrində qanun pozuntuları olmasını əsas gətirərək, pozulmuş hüquqlarının bərpasını xahiş edib: “Araşdırma nəticəsində 25 və 33 saylı seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib. Təklif edirəm ki, həmin seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib, 25 və 33 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılıb.

***

18 saylı Nərimanov-Nizami Seçki Dairəsində bir məntəqənin nəticələri ləğv edilib

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 18 saylı Nərimanov-Nizami Seçki Dairəsindən namizədliyi qeydə alınmış Namik Niftiyev, Vüqar Həsənov, Oqtay Qasımov, Gündüz Sadıqovun müraciətinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

İ. Məmmədov bildirib ki, müraciətlər bir icraatda birləşdirilib. Araşdırma nəticəsində 10 saylı seçki məntəqəsində səsvermənin seçicilərin iradəsini əks etdirmədiyi məlum olub: “Təklif edirəm ki, bu məntəqədə səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib, bir seçki məntəqəsində (10 saylı seçki məntəqəsi) səsvermənin nəticələri etibarsız sayılıb.

pia.az

 


Etiket: MSK


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar