Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MSK bələdiyyə seçkilərinin yekunlarını sabah təsdiq edəcək

Sabah Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək...

Bu barədə APA-ya MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli məlumat verib.

İclasda MSK 23 dekabr 2019-cu il tarixdə keçirilmiş bələdiyyə seçkilərinin yekunlarını yoxlayacaq və təsdiq edəcək.

Seçki Məcəlləsinin 108.2, 239 maddələrinə əsasən, seçkilər günündən başlayaraq ən geci 20 gün müddətində MSK bələdiyyə seçkilərinin yekunlarını yoxlamalı və təsdiq etməlidir.

23 dekabr 2019-cu il tarixində keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı bu proses 2020-ci il yanvarın 12-dək başa çatmalıdır.

Xatırladaq ki, 23 dekabr 2019-cu il tarixində baş tutan bələdiyyə seçkilərində 118 seçki dairəsi üzrə 5049 məntəqədə 1606 bələdiyyə üzrə 15156 bələdiyyə üzvü yerinə seçkilər keçirilib. Seçkilərdə 41462 namizəd iştirak edib.

Azərbaycanda keçirilən bələdiyyə seçkilərində ümumilikdə seçici fəallığı 32.72 faiz olub. Səsvermə hüququna malik 4 972 356 seçicidən 162 70 64 nəfəri səs verib.

MSK 2019-cu il 23 dekabrda keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi Ağdaş bələdiyyəsinin 8 və 10 saylı seçki məntəqələrində seçkilərin nəticəsini ləğv edib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, bu iki məntəqənin nəticələri ləğv edildiyindən Ağdaş bələdiyyəsi üzrə səsvermənin nəticəsi də etibarsız hesab olunub.

MSK 2019-cu il 23 dekabrda keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar 30 saylı Suraxanı Birinci Seçki Dairəsinin 24 saylı seçki məntəqəsi və 31 saylı Suraxanı İkinci Seçki Dairəsinin 30 saylı seçki məntəqəsində səsvermənin nəticələrini ləğv edib. Eyni zamanda həmin məntəqələrin məntəqə seçki komissiyaları buraxılıb. Ancaq iki məntəqədə səsvermənin nəticələrinin ləğv edilməsi Qaraçuxur bələdiyyəsinə seçkilərin nəticələrini dəyişməyib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar