Azərbaycanda yetişdirilən meyvələrin çoxu xaricə ixrac olunduğu üçün daxili bazarda qıtlıq yaşanır...
Azad İstehlakçılar Birliyinin sədri: “Daxili bazara çıxarılan məhsul az olduğuna görə meyvələrin qiymətində bahalaşma var”.
“Dövlət öz əlində olan imkanlardan istifadə edib kəndlilərin daxili bazara çıxması mexanizmini təkminləşdirməlidir”.
Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bazarlarda və marketlərdə mövsümə aid meyvələrin qiymətinin həddindən artıq baha olma səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.
Bazarlarda və marketlərdə mövsümə aid meyvələrin qiyməti həddindən artıq yüksəkdir. 4-5 manatdan başlayan qiymətlər 12-14 manata qədər yüksəlir. Təbii ki, orta gəlirli ailələr belə bu qiymətlərlə meyvə almağa çətinlik çəkirlər.
Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikirlərin öyrənib.
Eyyub Hüseynov: “Meyvələrdə olan qiymət artımı tendensiyası belə də davam edəcək”.
Azərbaycan meyvələrinin çoxunun Avropa bazarına, hətta Rusiya bazarına çıxarıldığını xatırladan Azad İstehlakçılar Birliyinin sədri bildirib ki, bu hala görə də həm daxili bazarda, həm də Bakı bazarında meyvə qıtlığı var.
Daxili bazara çıxarılan məhsul az olduğuna görə də meyvələrin qiymətində bahalaşma var:
“Məlumdur ki, Azərbaycan meyvələrinin çoxu Avropa bazarına, hətta Rusiya bazarına çıxarılır. Bu da meyvə istehsalçıları üçün daha uyğundur. Bu hala görə də həm daxili bazarda, həm də Bakı bazarında meyvə azlığı var. Daxili bazara çıxarılan məhsul az olduğuna görə də meyvələrin qiymətində bahalaşma var.
Biz bunu da bilirik ki, Azəbaycanda bir dəfə qalxan qiymət bir daha enməz. Yəni meyvələrdə olan bu qiymət tendensiyası belə də davam edəcək. Qiymətin qalxması tendensiyası davam edəcək.
Eyyub Hüseynov: “Meyvələrin bir sahibkardan, yaxud da satıcıdan başqa sahibkarın, satıcının əlinə keçməsi qiymətinin təxminən 50 faizə qədər artmasına səbəb olur”.
Əlbətdə dövlət öz əlində olan imkanlardan istifadə edib kəndlilərin daxili bazara çıxması mexanizmini təkminləşdirməlidir. Təsadüfi deyil ki, Azad İstehlakçılar Birliyi Prezident yanında Qeyri Hökümət Təşkilatlarının Dövlət Dəstəyi Şurasının maliyyəsi çərçivəsində Hacıqabulun kəndlərində ilk treninq aparmışıq. Bu cür məsələləri vətəndaşlarla bölüşürük və onlara kömək etmək niyyəti ilə bu işləri görürük.
Onu qeyd edim ki, meyvələrin bir sahibkardan, yaxud da satıcıdan başqa sahibkarın, satıcının əlinə keçməsi qiymətinin təxminən 50 faizə qədər artmasına səbəb olur”.
Nərminə UMUDLU
pia.az