Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvanın "boğazı" Ankaranın əlində: NATO Bosforu Rusiyanın üzünə bağlamaq istəyir...

Şimali Atlantika İttifaqı, eyni anda ən azı iki vacib boğazı - Bosfor və Cəbəllütariqin qarşısını kəsərək, Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz Donanmasına blokada tətbiq etmək imkanını nəzərdən keçirir. Bu, xüsusən həm NATO, həm də Türkiyə ilə münasibətlərı soyuyan Rusiya üçün çox ciddi bir zərbə olacaq.
 
PİA.az xəbər verir ki, Rusiya ordusuna yaxın media orqanları bu ciddi təhlükədən ehtiyatlanırlar.
 
Avia.pro-nun iddiasına görə, bu, Rusiyanın Qara dəniz Donanmasının NATO-nun ortaq hərəkətləri ilə ortadan qaldırılması deməkdir.
 
Mütəxəssislərin fikrincə, yalnız Bosfor Boğazının bağlanması belə, Rusiyanın Qara dəniz Donanmasını istifadəsiz duruma düşməsi üçün kifayətdir. Zira bu baş tutarsa, Rusiyanın isti dənizlərə açılan qapısındakı gəmiləri və sualtı qayıqları planetin digər bölgələrinə göndərilmək fürsəti yox olacaq. Eyni anda Cəbəllütariqin bağlanması isə Suriyanın Tartus dəniz bazası daxil olmaqla Rusiyanın Aralıq dənizindəki bütün hərbi gəmiləri və sualtı qayıqlarının tələyə salınmasına imkan verəcək.
 
Avia.pro-nun iddiasına görə, bir neçə həftə əvvəl Türkiyə Moskvanın Krımın azad etməyəcəyi təqdirdə (Türkiyə tərəfi Rusiya yarımadası üzərində suverenliyini tanımır) Bosfor boğazını rus gəmilərinə bağlayacağını bildirmişdi.
 
Qeyd edək ki, Türkiyənin 1936-cı ildə Bolqarıstan, Fransa, Böyük Britaniya, Avstraliya, Yunanıstan, Yaponiya, Rumıniya, Sovet İttifaqı və Yuqoslaviya ilə bağladığı Montrö (Montreux) müqaviləsinə əsasən, hərbi təhlükə Bosfor boğazını bağlamaq hüququ var. Son zamanlar Rusiya ilə Türkiyənin istər Dağlıq Qarabağda, istərsə də Suriya və Ukraynada qarşı-qarşı gəldikləri sirr deyil. Xüsusilə Suriya və Ukrayna gərginliyini əsas gətirən Ankaranın bu addımı atması mümkündür.
 
Son zamanlara qədər Türkiyə qoşunlarının Dağlıq Qarabağdakı rus “sülhməramlı”ları ilə birgə fəaliyyətinə qarşı çıxan Rusiya prezidentinin dünən birdən-birə Azərbaycanın lehinə fikirlər səsləndirməsinin əsl səbəbi deyəsən tədricən aydınlaşır. Rusiyanı arxa bağçası kimi gördüyü regionda belə, küncə sıxışdıran qardaş ölkənin digər coğrafiyalarda, o cümlədən Yaxın Şərqdə təşəbbüsü öz əlinə alacağı şübhə doğurmur. (ovqat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar