Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvadan Ermənistan hökumətinə təşviş doğuran siqnal

ru.1-in.am (Ermənistan), 13.03.2019

Mariam Qriqoryan

Moskvanın “Dialoq” təşkilatının sədri Yuri Navoyan Ermənistan hökumətinə açıq məktub göndərərək Konstantin Zatulinin qurduğu Lazarev klubunun gələcək hədəfləri haqda narahatlıq ifadə edib. Navoyan öz məktubunda özəlliklə baş nazir Nikol Paşinyana, prezident Armen Sərkisyana, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana və MM spikeri Ararat Mirzəyana müraciət edib. “Siz bilirsinizmi ki, Zatulin Ermənistanda devrilmiş güclərin birləşməsinə və qisas almasına yardım etməyə can atır?”

Navoyan aydınca vurğulayır ki, klub Koçaryanyönlü istiqamətə malikdir. Bu o mənada sirr deyil ki, Koçaryanın özü azadlıqda olduğu vaxt klubun toplantılarından birində nitqlə çıxış edib. Və mübahisəli fəaliyyəti olan bu klubun son yığıncağında Qarabağa bitişik ərazilərin Azərbaycana verilməsi yoluyla Dağlıq Qarabağ münaqişəsini həll etməyə çağırış olub. Yeri gəlmişkən, Navoyan habelə ortalığa çıxardır ki, klubun gizli imzaçılarından biri ERP-nin vitse-prezidenti Vigen Sərkisyandır.

Siyasi və seçki texnologiyaları üzrə ekspert Armen Bədəlyanın fikrincə, bu klubun fəaliyyəti Ermənistanın daxili-siyasi həyatına, çətin ki, hər hansı təsir göstərər. O, 1-in.am-la söhbətdə deyib: “Bu, yalnız bizim daxili-siyasi proseslərimiz haqqında Rusiyanın bəzi ekspert çevrələrinin rəyini formalaşdıra bilər. Amma özəlliklə Ermənistan hökuməti adekvat islahatlar aparsa, daxili-siyasi proseslərə ciddi təsir göstərməz”.

Bədəlyan vurğulayıb: “Nəhayət, anlamalıyıq ki, Ermənistanın taleyi Ermənistan vətəndaşlarının, hökumətyönlü və müxalif güclərin və müxtəlif QHT-lərin əlindədir. Aydındır ki, bu klub qurulub və keçmiş hakimiyyətin bəzi seqmentləri onda öz rolunu oynayır. Amma bu, Ermənistanın daxili-siyasi həyatına mənfi təsir edən klub deyil. Hökumət və müxalifət günün adekvat gündəliyini və ya islahatlar proqramı təqdim etməsə, Ermənistanın siyasi həyatı ziyan görəcək. Düşünürəm ki, gerçək təhlükə bundadır”.

Bu klubun Ermənistanın devrilmiş siyasi gücləri vasitəsilə qisas həyata keçirməyə çalışdığı haqda baxış nöqtəsinə gəlincə, Armen Bədəlyan cavab verib: “Əlbəttə, bunun piar mənası var. Qisas seçkilər zamanı seçki prosesi vasitəsilə və konstitusiya üsullarıyla təşkil edilə bilər. Lakin onlar keçmiş hökumətin indiki potensialına görə hakimiyyətə gələ bilməzlər. Ola bilsin, ERP və ya EİFD gələcək parlament seçkiləri zamanı parlamentə girə bilər, amma indi siyasi meydanda yoxluqları və rebrendinqin mümkünsüzlüyü üzündən belə təşvişə düşməyi çox məntiqsiz sayıram. Hakimiyyət islahatlara getməsə, keçmiş hakimiyyət isə rebrendinqə məruz qalarsa, bu, tamamilə mümkündür. Mənim fikrimcə, klub inidi buna bənzər heç nə edə bilməz, hər halda mən belə bir iddiada olmazdım. Onların təşkil etdikləri piar keçmiş hakimiyyəti qaytarmaq üçün olduqca cüzidir”, – həmsöhbətimiz belə yekun vurub. Politoloq Qagik Ambaryan 1-in.am-la söhbətdə ERPdən keçmiş deputatların daxil olduqları “Qriboyedov” klubunun fəaliyyətini yada salıb: “Klub sonradan özünü tükətdi, Rusiya hökuməti yenisini yaratmağı qərara alıb. Bu, indi Rusiyada başda Zatulin olmaqla erməniyönlü lobbiçilik fəaliyyəti aparan, demək olar, eyni məqsədi olan Lazarev klubudur.

Məxməri inqilabdan sonra bizə bəlli oldu ki, Zatulin açıq antipaşinyan xətti tutub. Cənab Navoyanın bəyanatı bu mənada böyük sürpriz olmamalıdır”.

Ambaryanın sözlərinə görə, indi problem sıradakındadır: “Ermənistan hökuməti bu klubun fəaliyyətinə ona sərf edən şəkildə rəhbərlik edə biləcəkmi? Buna güclü şübhəm var”.

Ambaryan qeyd edib ki, Dövlət Dumasında erməniyönlü deputatlar olsalar da, Rusiya siyasi elitası, yumşaq deyilsə, Paşinyana və komandasına tənqidi yanaşır: “Cənab Navoyanın xəbərdarlığı əsasında Ermənistan hökumətinin bu kluba qarşı demarşının Ermənistan-Rusiya münasibətləri üçün nəticələrinin necə olacağını bilmirəm. Ermənistan-Rusiya münasibətləri mürəkkəb mərhələdədir, bunun parlaq sübutu konkret antipaşinyan fəaliyyətiylə məşğul olan bu klubun işidir”.(Tərcümə Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar