Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvada Qarabağ məsələsinə baxan diplomat dəyişir

Rusiya Xarici İşlər Nazirliyində Dağlıq Qarabağ münaqişəsi və keçmiş sovet respublikalarındakı digər münaqişələrlə məşğul olan diplomat dəyişir

Bu vəzifəyə Rusiyanın Ermənistandakı keçmiş səfirinin təyin olunacağı gözlənilir.

“Kommersant” xəbər verir ki, indiyədək bu münaqişələrlə məşğul olan xarici işlər nazirinin müavini Qriqori Karasin Federasiya Şurasının üzvlüyünə namizəd göstərilib. Onun yerini kimin tutacağı isə faktiki olaraq müəyyənləşib.

Belə ki, XİN-də yüksək posta hazırda üç nəfərin namizədliyi nəzərdən keçirilir. Onların içərisində əsas namizəd XİN-in konsulluq departamentinin rəhbəri İvan Volınkindir. 60 yaşlı Volınkin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunudur, SSRİ-nin və sonradan Rusiyanın ABŞ, Yuqoslaviya Gürcüstan, Serbiya və Monteneqro, Makedoniyadakı səfirliklərində işləyib.

2009-2013-cü illərdə xarici işlər naziri Sergey Lavrovun köməkçisi, nazirliyin baş katibliyinin direktor müavini olub. 2013-2018-ci illərdə isə Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri işləyib.

Təcrübəli diplomat Qriqori Karasinin Federasiya Şurası üzvlüyünə namizədliyini Saxalin vilayətinin qubernatoru irəli sürüb. Avqust ayında onun 70 yaşı tamam olur. Karasinin uzun illərdir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları, o cümlədən Dnestryanı münaqişəni,

Belarusla müntəzəm olaraq baş qaldıran ticarət müharibəsini kurasiya edib. Rusiya XİN-də bu istiqamətdə işin spesifikası ondan ibarətdir ki, həmin ölkələrlə bağlı qərarlar əsasən nazirlikdə deyil, Kremldə qəbul edilir. (Virtualaz.org)

pia.az


Etiket: Qarabağ Moskva

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar