Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvada Məmmədyarov və Mnatsakanian görüşü - Problemin diplomatik həlli var?...

Məhəmməd Əsadullazadə: “Aprel döyüşlərindən də daha ciddi hərbi əmliyyatlara ehtiyac var. Çünki Qarabağ münaqişəsinin diplomatik həlli yoxdur”

Zaur Məmmədov: “Lavrov uzun zamandır ki, AzərbaycanErmənistan xarici işlər nazirləri ilə üç tərəfli görüş keçirmirdi. Bundan istifadə edən Qərb bir neçə dəfə RusiyaAzərbaycan xarici işlər nazirləri arasında görüş keçirdi”.

Moskvada AzərbaycanErmənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.

Hər üç nazir görüşmək üçün Rusiya XİN-in “Qəbullar Evi”nə gəlib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri müzakirə olunacaq.

Həmçinin martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham ƏliyevErmənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş görüşün yekunlarına dair qapalı məsləhətləşmələr də aparılacaq.

Eyni zamanda Moskvada Azərbaycan, ErmənistanRusiya XİN başçıları Elmar Məmmədyarov, Zöhrab Mnatsakanian və Sergey Lavrov ilə ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (RF), Stefano Viskonti (Fransa), Andrü Şafer (ABŞ) arasında görüş keçirilir.

ATƏT-in fəaliyyətdəki sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri müzakirə olunur.

Ermənistan müxtəlif səviyyələrdə bəyanatlar da bildirirlər ki, sülh naminə torpaq qaytarmaq məsələsi olmayacaq. Bu bəyanatlardan sonra nazirlərin görüşündən hanısa, gözləntilər gözləmək olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsadullazadəyə və politoloqlar klubunun sədri Zaur Məmmədova müraciət edib.

Məhəmməd Əsadullazadə: “Moskva görüşü Ermənistan üçün lazımdır ki, atəşkəs qorunsun və Moskva da prosesləri nəzarətdə saxlasın”.

Azərbaycan tərəfinin niyə danışlara qatıldığını bilmədiyini vurğulayan politoloq əlavə edib ki, prosesdə irəlləyiş yoxdur. Biz nailiyyət əldə etmək üçün cəbhə xəttində Yerevana hər gün tabutlar göndərməliyik:

“İlk öncə qeyd edim ki, Moskva görüşündən əvvəl AzərbaycanErmənistan rəhbərləri bir neçə dəfə görüşüb, müzakirə aparıblar. Paralel olaraq xarici işlər nazirləri də Minsk qrupunun həmsədrlərinin iştirakı ilə danışıqlar aparıb. Son Vyana görüşündən dərhal sonra Ermənistan müdafiə naziri D. Tonoyanın sülh qarşılığında ərazilərin verilməsinə gedilməyəck açıqlaması və yeni ərazilərin ilhaqı ilə bağlı bəyanatı demək olar ki, Vyana görüşünün üstündən xətt çəkdi.

Ümumiyyətlə Ermənistan rəhbərliyi Rusiyanın icazəsi olmadan bir qarış torpaq da danışıqlarda güzəştə getməyəcək. Əgər, Rusiya danışıqlardan çəkilərsə, müəyyən konsensusa gəlmək olar. Bütün diplomatik danışılarda nə vaxt irəlliyiş olub, dərhal Moskvanın müdaxiləsi ilə proses tormuzlanıb.

Məhəmməd Əsadullazadə: “Bütün diplomatik danışılarda nə vaxt irəlliyiş olub, dərhal Moskvanın müdaxiləsi ilə proses tormuzlanıb”.

Hesab edirəm ki, Moskavada keçirilən görüşdən müsbət nəticə olmayacaq. Rusiya XİN rəhbəri heç vaxt imkan verməz ki, Ermənistan güzəştə getsin. Bilmirəm bu danışıqlara Azərbaycan tərəfi niyə qatılır? Axı, prosesdə irəlləyiş yoxdur. Biz nailiyyət əldə etmək üçün cəbhə xəttində Yerevana hər gün tabutlar göndərməliyik.

Nəhayət ki, Ermənistran vətəndaşları qalxsın və tələb etsinki, Rusiya prosesdən çəkilsin və Azərbaycanla real danışıqlar aparılsın. Buna zəmin var. Siyasi iradə lazımdır. Moskva görüşü Ermənistan üçün lazımdır ki, atəşkəs qorunsun və Moskva da prosesləri nəzarətdə saxlasın. Aprel döyüşlərindən də daha ciddi hərbi əmliyyatlara ehtiyac var. Çünki Qarabağ münaqişəsinin diplomatik həlli yoxdur”.

Zaur Məmmədov: “Görüşdə yəqin ki, münaqişə ilə bağlı son durum, tərəflərin baxış prizması, AzərbaycanErmənistan cəbhəsində hümanitar məsələlər önə çıxacaq”.

Azərbaycan üçün əsas məsələ Ermənistanın birinci mərhələdə ərtaf rayonları Azərbaycana qaytarılması olduğunu xatırladan politoloq qeyd edib ki, bunun üçün erməni cəmiyyəti hakimiyyət tərəfindən kompramistə hazırlanmalıdır:

“Artıq AzərbaycanErmənistan xarici işlər nazirlərinin Lavrovun vasitəçiliyi ilə görüşü başlayıb. Bu görüşdən sonra ATƏT-in Minsk Qrupunu təmsil edən nümayəndələr də üç tərəfli görüşə qatılacaqlar. Lavrov uzun zamandır ki, AzərbaycanErmənistan xarici işlər nazirləri ilə üç tərəfli görüş keçirmirdi. Bundan istifadə edən Qərb bir neçə dəfə RusiyaAzərbaycan xarici işlər nazirləri arasında görüş keçirdi. Hətta AzərbaycanErmənistan dövlət başçıları da Avropada görüşdülər.

Onsuz da xarici işlər nazirləri səviyyəsində görüş baş tutacaqdı. Çünki bu görüşün anonsu əvvəlcədən verilmişdi. Görüşün Moskvada baş tutacağı xəbəri isə son bir neçə gündə yayıldı. Təbii ki, görüşdə münaqişə ilə bağlı son durum, tərəflərin baxış prizması, AzərbaycanErmənistan cəbhəsində hümanitar məsələlər yəqin ki, önə çıxacaq.

Zaur Məmmədov: “Erməni cəmiyyəti aydın şəkildə başa düşməlidir ki, onlar torpaqları işğal ediblər və torpalardan sülh yolu şəraitində geri qayıtmalıdırlar”.

Görüşün əsas məğzi ondan ibarətdir ki, Rusiya göstərməyə çalışır ki, o AzərbaycanErmənistan arasındakı münaqişədə təkcə vasitəçi deyil həm də münaqişəyə və ümumiyyətlə bölgəyə həssaslıqla yanaşan bir dövlətdir. Təbii ki, Rusiya münaqişədə bir həmsədr ölkə kimi öz yerini heç bir dövlətə vermək istəmir.

Azərbaycan üçün əsas məsələ münaqişənin həllini tapması, Ermənistanın konstruktivlik nümayiş etdirməsidir. Yəni Azərbaycan üçün əsas məsələ Ermənistanın birinci mərhələdə ərtaf rayonları Azərbaycana qaytarılmasıdır. Bunun üçün erməni cəmiyyəti hakimiyyət tərəfindən kompramistə hazırlanmalıdır. Erməni cəmiyyəti aydın şəkildə başa düşməlidir ki, onlar torpaqları işğal ediblər və torpalardan sülh yolu şəraitində geri qayıtmalıdırlar. Çünki sülh danışıqları uzun müddətdir davam edir. Bu danışqların da bir limiti var”.

Nərminə UMUDLAR
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar