Cümə axşamı, 18 İyul 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Moskvada istilik elektrik stansiyasındakı yanğında 7 nəfər xəsarət alıb - Yenilənib

Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb

Mıtişa İstilik Elektrik Mərkəzindəki yanğın nəticəsində 7 nəfər xəsarət alıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

*** 13:06

Moskva vilayətində yerləşən Mıtişa rayonunda “Severnaya” İstilik Elektrik Mərkəzində yanğın baş verib.

“Report” xəbər verir ki, məlumatı “Gazeta” yayıb.

Şahidlərin sözlərinə görə, partlayış səsləri də eşidilib.

Bildirilib ki, “Severnaya” İstilik Elektrik Stansiyasında yanğın olub. Bu stansiya Moskva vilayəti Mıtişa şəhər dairəsinin Çelobitevo kəndində yerləşir. Onun yaxınlığında “İyun” ticarət mərkəzi də var.

Hadisənin başvermə səbəbləri araşdırılır.

pia.az


Şərh yazın.

loading...